FATF-ın açıq şəkildə terrorizmə verdiyi təriflə sionist rejimin atdığı addımlar terrorizmi maliyyələşdirən bariz nümunə sayılsa da, Vaşinqtonun bu təşkilatın üzvü olmasına baxmayaraq, ABŞ-ın İsrail rejiminə maliyyə yardımları hələ də davam edir.
Financial Action Task Force (FATF-Maliyyə Fəaliyyəti üzrə İş Qrupu) çirkli pulların yuyulması ilə mübarizə aparmaq üçün 35 il öncə yaradılıb və 2001-ci ildə terrorizmin maliyyələşdirilməsi ilə mübarizə kompaniyasına qoşulub. Bu qrup maliyyə cinayətləri ilə mübarizə aparmaq üçün “Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi və yayılması ilə mübarizədə beynəlxalq standartlar” adlı tövsiyə dərc edib.
Bu təşkilat terrorizmi insanların həyatını təhdid etmək və mülki infrasturkturların dağıdılıması ilə nəticələnən hər bir əmələ şamil olduğunu bildirir.
Bu təşkilat zorakılıq törədənlərdən və hədəflərindən asılı olmayaraq, qorxu yaratmaq və siyasi məqsədlərə çatmaq üçün zorakılıq törətməyi terrorizm hesab edir. Buna görə də, fərdlər və qeyri-hökumət qrupları deyil, həm də ölkələr zorakılıq törətmək üçün öz maliyyə mənbələrindən istifadə etdikləri təqdirdə deyilən tərifə şamil olurlar.

İsrail rejimi FATF-nın terrora verdiyi tərifi pozan aşkar nümunədir
Maliyyə Fəaliyyəti üzrə İş Qrupunun (FATF) saytına müraciət etdikdə İsrail rejiminin 2016-cı ildən müşahidəçi və 2018-ci ildən isə bu təşkilatın üzvü olduğu görünür. Halbuki, bu rejim son bir neçə onillikdə, xüsusilə fələstinli mülki əhaliyə qarşı zorakılıq törətdiyinə görə geniş həcmli tənqidlərə məruz qalıb.
FATF-nın tərifinə əsasən, İsrailin fəaliyyətlərinin çoxu, o cümlədən Fələstin torpaqlarında qeyri-qanuni qəsəbəsalma və hərbi əməliyyatlar, mülki əhaliyə qarşı zorakılıq terrorizmin nümunələri sayılır. Atılan addımlar fələstinli mülki əhali arasında qorxuya səbəb olub və insan haqları təşkilatlarının çoxu onları pisləyib.

BMT-nin İnsan Haqları Şurası, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA), Beynəlxalq Əfv və İnsan Haqlarına Nəzarət Təşkilatında dərc olunmuş hesabatlara əsasən, qeyd edilən hərəkətlər mənzillərin dağıdılması, uzun müddətli mühasirə və fələstinli mülki əhalinin öldürülməsinə şamildir. Bunlar da öz növbəsində insan haqları və beynəxalq qanunlar baxımından bəşəriyyətə qarşı cinayətlərin aşkar nümunəsi sayılır.

Amerikanın FATF prinsiplərinin ən böyük pozucusunu dəstəkləməsi
Harvard Milli Təhlükəsizlik Jurnalının yazdığına görə, İsrail bu hərəkətləri ilə insan haqlarını pozmağına rəğmən, bəzi ölkələr, xüsusən də ABŞ tərəfindən davamlı şəkildə maliyyə dəstəyi alır. Bu da, FATF meyarları ilə açıq-aşkar ziddiyyət təşkil edir.
Bu qəbildən olan fəaliyyətlər bu beynəlxalq qrumun terrorizm göstəricilərinə tam uyğun gəlir. İnsan haqlarını pozduğuna və mülki əhaliyə qarşı hərbi əməliyyatlar keçirdiyinə görə İsrail rejimini maliyyələşdirməyin terrorizmi maliyyələşdirmək kimi tanınmalı olduğu halda, Amerika hələ də bu rejimə maliyyə və siyasi dəstək verir.
FATF, ona üzv olan ölkələri terrorizmi maliyyələşdirməyə qarşı sərt qanunları icra etməyə vadar etdiyinə və onlardan bu sahədəki nəzarətlərini gücləndirməyi tələb etdiyinə baxmayaraq, ABŞ bu təşkilatın əsas üzvlərindən biri kimi hələ də İsrail rejiminə maliyyə dəstəyi verməyi davam edir. Bu da, Maliyyə Fəaliyyəti üzrə İş Qrupunda (FATF) təyin olunmuş prinsipləri və standartları pozmaqdır.

ABŞ qəzetlərindən biri 2016-cı ildə verdiyi hesabatda Amerika və İsrail rejimi arasında müqavilə bağlanması haqda məlumat verib. Bu müqaviləyə əsasən, on il ərzində Vaşinqton bu rejimə illik 3.8 milyard dollar maliyyə yardımı göstərib.
Bundan əlavə, Braun Universitetinin Müharibənin Xərcləri Layihəsinin hesabatına görə, ABŞ Qəzzə müharibəsi başlayan vaxtdan (7 Oktyabr 2023-cü il) indiyə qədər İsrail rejiminə hərbi yardım etmək üçün azı 17.9 milyard dollar xərcləyib.

Bu ziddiyyət onu göstərir ki, FATF-nın beynəlxalq maliyyə dəstəklərinə yanaşması, xüsusilə güclü ölkələrin siyasi təzyiqləri altında dəyişdirilə və şərh edilə bilər.