Yaponiyanın ən böyük və məşhur qəzetlərindən biri xəbər dərc etməklə ABŞ-ın öz müttəfiqlərinə qarşı hiylə ilə birgə olan siyasətlərini ciddi şəkildə tənqid edib.
Bu qəzet yazıb ki, son illərdə ABŞ-la ittifaq “əziyyət verici olub və (bu ölkə) artıq etibar ediləsi deyil”; çünki, bu ölkənin dünyada ifa etdiyi rol, İraqa etdiyi hücumdan sonra dəyişib.
Bu qəzetin hesabatına görə, dünya ölkələri, xüsusən də ABŞ müttəfiqləri inanırlar ki, Vaşinqtonun xarici siyasəti uğursuzluğa düçar olub və ötən illərdə “Amerikanın bir ölkəyə hücum etdiyini sonra qəflətən və öz müttəfiqlərinə xəbər vermədən həmin ölkə ilə müzakirələr apardığının şahidi olmuşuq. Necə ki, 2019 və 2020-ci illərdə Şimali Koreya ilə belə rəftar edib.”
Bu qəzetin hesbatında deyilir ki, ABŞ 2003-cü ildə İraqa təcavüz etdikdən bu günə kimi dünyada öz başına hərəkət edir və əməldə öz müttəfiqləri ilə heç bir həmahəngliyi yoxdur. Hətta, Fransa və İngiltərə ilə də münasibətdə bunu görürük. Bu məsələ, Ukraniya-Rusiya müharibəsindən sonra daha da mürəkkəbləşib. Belə ki, Amerika öz iqtisadiyyatının xilasına tərəf hərəkət edir, hərçənd ki, bu addımlar digər ölkələrin iqtisadiyyatına zərər vurmuş olsun.
Bu qəzet həmçinin, yazıb ki, ABŞ müttəfiqləri Bayden hökumətinə təzyiq edirlər ki, 2024-cü ildə keçiriləcək seçkilərdən əvvəl öz müttəfiqləri ilə həqiqi həmkarlıq və əlaqələr vasitəsilə öz xarici siyasətini dəyişsin. Amma, “bu məsələnin də nəticə verməyəcəyi ehtimal olunur; çünki, ABŞ-ın qısa müddət ərzində öz xarici siyasətini dəyişməsi çətin məsələdir.”
Bu qəzet sonda vurğulayıb: Gərək ABŞ-ın müttəfiq ölkələri bu ölkəyə söykənmədən yaxud bu ölkənin himayəsi olmadan özünü qorusun. Necə ki, bu məsələ hal-hazırda Avropada baş verməkdədir.