Təcavüzkar muzdurların Əl-Əxdudakı Əz-Zəhirə bölgəsindəki yəmənli vətəndaşların evlərinə artilleriya hücumu 17 nəfər yəmənli uşaq və qadının şəhid olması və yaranlanması ilə nəticələnib.
Bu cinayətdən sonra təcavüzkarların güclü atəş yağdırmaları qurbanların daşınması və xalqın köməyinə mane olub, həmiçinin hadisə yerində itkinin artmasına səbəb olub.
Bu cinayət geniş rəsmi və hüquqi reaksiya və qınaqlarla üzləşib. Təcavüzkar koalisiya qanuni baxımdan bu və digər cinayətlərə cavabdeh olan tərəf hesab olunub.
Bu cinayət iddia olunan atəşkəş kölgəsində 9 ildir ki, yəmənli günahsız uşaq və qadınlarına qarşı qətllər silsiləsinin davamıdır. Bu da, təcavüzkarların beynəlxalq ictimaiyyətin utanc verici mövqeylər və susqunluq yolu ilə iştirakıyla qanlı cinayətlərin davamı üçün örtük kimi istifadə etdikləri nə müharibə, nə də sülh manipulyasiya səviyyəsini göstərir.