Yəmənin İnsan Haqları Nazirliyinin sözçüsü Səudiyyə koalisiyasının Yəmənə hücumları dönəmində ən çox zərər çəkənlərin uşaqlar olduğunu deyib.
(Sənada yerləşən) Yəmən Milli Qurtuluş Hökumətinin Yəmənin İnsan Haqları Nazirliyinin sözçüsü “Arif Əl-Amiri” bazar ertəsi günü (19 İyun tarixində) verdiyi müsahibədə 8 illik müharibə boyunca 8 min həlak olmuş uşaq barəsində xəbər verib.
O, verdiyi mühasibədə bildirib ki, yəmənli uşaqlar çox ağır fiziki və ruhi şəraitdə yaşayırlar. Sanitariya çatışmazlığı, ölüm, qaçqınlıq, sığınacaq və Yəmənin mühasirəyə alınmasının ardınca onların bütün haqlarının pozulması bu şəraiti onların üzərinə qoyub.
Arif Əl-Amiri əlavə olaraq deyib: “BMT-nin yəmənli uşaqları himayə etmək üçün heç bir öhdəliyi yoxdur. Amerika, Ərəbistan və BƏƏ-nin Yəmənə qarşı başlatdığı təcavüzdə 8 min uşaq öldürülüb.”
Eyni zamanda Yəmənin Nəqliyyat Nazirliyinin məsləhətçisi “Abdullah Əs-Suveydi” də müsahibəsində deyib ki, Səudiyyə koalisiyasının ötən 8 illik hücumlarının nəticəsində, Yəmənin quru, dəniz və hava nəqliyyatının strukturlarına 6 milyar dollardan çox ziyan dəyib.
Yəmənli qadın və uşaqların hüquqları sahəsində aktiv olan “İntisaf” Hüquq Təşkilatı da Mayın 30-dakı hesabatında 8 illik müharibə dönəmində 5 min yəməlinin öldürülməsi və yaralanması barədə məlumat yayıb.
“İntisaf”-ın sözlərinə görə, səhiyyə xidmətləri və səhiyyə nəzarətləri olmadığından, hamiləliyin yaxud doğuşun yan təsirləri səbəbindən hər iki saatda, bir yəmənli qadın və altı uşaq həyatını itirir. Bir halda ki, 1 milyon 500 min-dən çox hamilə yaxud süd verən yəmənli qadın qida çatışmazlığından əziyyət çəkir.
Bu arada, insan haqları qrumlarının hesabatına əsasən, beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə olunduğuna görə, gündəlik olaraq 80-dan çox körpə həyatını itirir. Naqis doğulan körpələrin sayının artmasının səbəblərindən biri də, elə bu məsələdir. Beləki, il ərzində yəmənli körpələrin 39%-i naqis dünyaya gəlir; yəni 1 milyon 120 min körpə.