Xəbər mənbələri ABŞ və İsrail rejiminin Yəməndəki əl- Hudeydə sement zavoduna hücumu nəticəsində 21 nəfərin yaralandığını bildirib.
Xarici KİV-in bazar ertəsi gecə Yəmən telekanalına istinadən verdiyi xəbərə görə, Yəmən Səhiyyə Nazirliyi ilkin məlumatlara əsaslanaraq bildirib ki, əl-Hudəydənin Bacil sement zavoduna edilən hücum nəticəsində indiyədək 21 mülki şəxs yaralanıb.
Sionist rejimin ordusu bazar ertəsi gecə yaydığı bəyanatda əl-Hudəydə limanına hava zərbəsi endirdiyini etiraf edərək, buranı Ənsarullahın gəlir mənbəyi adlandırıb.
Bəyanatda, həmçinin əl-Hudəydə sement zavodunun Ənsarullahın tunel və infrastruktur tikintisi üçün əsas tikinti materialı mənbəyi olduğu iddia olunub.
Yəmənə qarşı davam edən xarici təcavüz çərçivəsində yerli mənbələr ABŞ və sionist rejimin bu ölkənin qərbində yerləşən strateji əl-Hudəydə limanına birgə hərbi hücum həyata keçirdiklərini bildiriblər.