Bu ilin əvvəlindən indiyə kimi Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə vəhşicəsinə hücumlarında 100-dən çox insan şəhid olub və yaralanıb.
Toqquşmaların azalmasına baxmayaraq, Ərəbistanın Yəmənin sərhəd bölgələrinə, o cümlədən Sədeyə hücumları dayanmayıb. Cari ilin Yanvar ayından bu hucümlarda 100-dən çox şəhid və yaralananlar olub. Bu insanların hamısı “Munəbbih” və “Şəda” məntəqələrində şəhid olub yaxud yaralanıblar. Ərəbistanın Yəmənə hücumlarının davam etməsini nəzərə alaraq bu sayın artması ehtimal olunur.
Atəşkəs elan olunduqdan sonra qurbanların sayı 3 mindən çox şəhid və yaralıya çatıb. Görünən budur ki, Səudiyyə koalisiyası, sərhəd bölgələrində öz planlarını icra etmək və sədd rolunu oynayan bir məntəqə yaratmaq fikrindədir.
Təcavüzkar Səudiyyə koalisiyasının rəsmi sözçüsü, Ərəbistanın “Munəbbih” və “Şəda” sərhəd bölgələrinə hücumunu təkzib edib, mülki şəxslərin öldürülməsi və yaralanmasını əsassız sayıb.
Sənada Yəmən İnsan Haqları Nazirliyi, Səudiyyə koalisiyasının rəsmi sözçüsünün açıqlamalarını təkzib edərək deyib ki, bu dəyərsiz, gülməli iddialar Ərəbistanın hüquqi və insani məsuliyyətinin aradan qalxmasına səbəb ola bilməz. Yəmən İnsan Haqları Nazirliyi, bu zəmində beynəlxalq tədqiqat komitəsinin yaradılmasını istəyib.
Yəmən Milli Qurtuluş Hökumətinin İnsan Haqları naziri Əli Əd-Deyləmi deyib: Bu açıqlamalar onu göstərir ki, onlar (Yəmənə təcavüz edənlər) sərhəd bölgələrinə hücumlarına və hər gün yəmənliləri öldürmələrinə davam etməyə israrlıdırlar. Biz bu zəmində beynəlxalq komitənin yaradılmasını istəyirik. Xüsusən də bundan ötrü ki, qurbanların bir çoxu müxtəlif Afrika ölkələrinin vətəndaşlarıdır.