ABŞ xəbər agentliklərindən biri şənbə günü səhər saatlarında məlumatlı mənbələrə istinadən xəbər verib ki, Siqnal mesajlaşma proqramından sızan mesajlar sionist rejimi tərəfindən ABŞ-a təqdim edilən həssas məlumatları əks etdirir.
ABŞ-ın yüksək rütbəli təhlükəsizlik rəsmilərinin Yəmənə hücumlarla bağlı müzakirələr aparmaq üçün təhlükəsiz olmayan bir mesajlaşma proqramından istifadə etməsi ilə bağlı ifşa qalmaqalının davamında, indi sızan məlumatlara sionist rejiminin də adı qarışıb.
ABŞ xəbər agentliyi şənbə günü səhər saatlarında üç məlumatlı mənbəyə istinadən xəbər verib ki, Siqnal mesajlaşma proqramından sızan mesajlar sionist rejimi tərəfindən ABŞ-a təqdim edilən və Yəmənlə bağlı həssas məlumatları əks etdirir.
Adları açıqlanmayan bu mənbələr bildiriblər ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Maykl Valtz Siqnal mesajlaşma proqramı vasitəsilə göndərdiyi mesajlarda İsrail tərəfindən təqdim edilən və Yəmənə hücum əməliyyatlarında istifadə olunan məlumatlara istinad edib.
Hesabata əsasən, sionist rejimi ABŞ-ın hava hücumu zamanı hədəfə aldığı Yəmən qüvvələrinin bir komandiri haqqında məlumatları Vaşinqtona təqdim edib.
Həmin xəbər agentliyi öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ-ın Yəmənə qarşı ilk hava hücumlarının 15 Martda baş tutmasından sonra Valtz qrup söhbətində Ənsarullahın yüksək rütbəli bir rəsmisinə qarşı uğurlu hücum barədə mesaj göndərib.
Hesabatda bildirilib: “Sızan bu mesajda Valtz yazmışdı: ‘Birinci hədəf – onların raket adamı – biz onun bir binaya daxil olduğunu müəyyən etdik və indi həmin bina dağıdılıb.’”
Bir hərbi rəsmi və daha iki mənbə ABŞ xəbər agentliyinə bildiriblər ki, son aylarda Təl-Əviv ABŞ-a, Yəmənə hava hücumlarının həyata keçirilməsi qərarında rol oynayan məlumatlar təqdim edib. Bu məlumatlar Bayden administrasiyasına da ötürülüb.