Amerika mediyalarından biri, çərşənbə günü səhər saatlarında, Qəzzədəki Əl-Məmədani xəstəxanasını hücuma məruz qoyan bombanın ABŞ-a aid olduğunu açıqlayıb.
ABŞ jurnalı olan Wall Street Journal Qəzzədəki köhnə Əl-Məmədani xəstəxanasının ABŞ-a məxsus MK-84 bombası ilə bombalandığını bildirib.
Bu bomba təxminən bir ton ağırlığında və yüksək dağıtma qabiliyyətinə sahib Amerika istehsalı olan çoxməqsədli sərbəst düşmə bombasıdır.
Qəzzədəki xəbər agentliklərindən biri, verdiyi hesabatda deyib: Əl-Məmədani xəstəxanasında 4 min nəfər, o cümlədən xəstələr, həkimlər və bombardmandan qaçmaq üçün bu xəstəxanaya sığınmış minlərlə qaçqın vardı. Ötən gecə sionist rejimi oranı bombaladı və 500-dən çox insan şəhid oldu.
Əl-Məmədani xəstəxanası Fələstindəki Əl-Məmədani (Baptist) kilsəsinə aiddir və ən qədim xəstəxanalardandır.