ABŞ hökuməti ötən günlər ərzində milyonlarla dollar həcmində bomba və qırıcı təyyarələrin İsrail rejiminə göndərilməsi üçün yaşıl işıq yandırıb.
ABŞ qəzetlərindən birinin cümə günü (29 Mart) Pentaqon və ABŞ Dövlət Departamentinin məlumatlı rəsmilərə istinadən verdiyi hesabatına əsasən, yeni hərbi paketlər 2000 funt çəkiyə sahib 1800 ədəd MK-84 bombası və 500 funtluq 500 ədəd MK82 bombasına şamildir.
Bu qəzet, həmçinin ABŞ rəsmilərinə istinadən yazıb: Dövlət Departamenti ötən həftə 25 ədəd qırıcı təyyarə və F-35 A qırıcı mühərriklərinin İsrailə nəql olunmasına icazə verib.
ABŞ hökuməti Qəzzədə atəşkəsin bərpası və əsirlərin mübadiləsi üçün səy göstərdiyini iddia etdiyi halda, hələ də sionist rejiminə maddi, hərbi və siyasi dəstək göstərir. O, Fələstin xalqına qarşı cinayətlərdə və qətliamda birbaşa şərikdir.
Qeyd etmək lazımdır ki, Vaşinqton hər il sionist rejiminə 3.8 milyard dollar hərbi yardım göndərir.