Yeni dərc olunan gizli sənədlər sionist rejimin nüvə proqramı barəsində Vaşinqton ilə Tel-Əviv arasında razılaşmanın və Amerikanın 1960-cı illərdən bəri “İsrail”in nüvə proqramının təfərrüatlarından xəbərdar olduğunu göstərir.
ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən sionist rejimin nüvə proqramı ilə bağlı dərc olunan gizlilikdən çıxan sənədlərə əsasən, Amerikanı 1960-cı illərdən bəri “İsrail”in nüvə proqramının təfərrüatlarından xəbəri olub.
O vaxtdan “İsrail” nüvə silahlarında istifadə üçün plutonium istehsalına qadir olub. Bu əsasla da 1960-cı ilin Dekabrında Atom Enerjisi İnformasiya Komitəsinin verdiyi sənəd “İsrail”in Dimonadakı layihəsinin plutoniumun təkrar emalı zavoduna şamil olduğunu göstərir.
Hesabatda deyilir ki, 1967-ci ildə Dimonadakı təkrar emal zavodunun tamamlandığını dair dəlillər mövcuddur.
Bu reaktor tam gücü ilə işləyirdi və bu o deməkdir ki, “İsrail” nevə silahı istehsal edə bilərdi.