ABŞ-ın dünyada xroniki təhlükəsizlik böhranlarının yaradılmasına əsaslanan böyük strategiyası təkcə adi hərbi silahlardan istifadəyə bağlı deyil. Süni pandemiyaların yaradılması yolu ilə bioloji imkanlardan istifadə də təəssüflər olsun ki, belə tənlikdə aktualdır.
Xəbər və təhlil saytlarından biri yazıb: ABŞ-ın dünya boyunca bioloji laboratoriyalarının fəaliyyəti Demokrat və Respublikaçı partiyalarının yüksək rütbəli şəxlərinin də əsasını inkar etmədikləri bir məsələdir.
Bununla yanaşı, qəti olaraq belə laboratoriyalar insanların ümumi sağlamlığını yüksəltmək məqsədi ilə yaradılmayıb. Onların yaradılmasının arxasında daha ciddi məsələlərin üzərində mərkəzləşmək lazımdır!
Bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın Ukraniyada bioloji silahlar istehsal edən laboratoriyalarının fəaliyyətinin araşdırılması məqsədi ilə iclas keçirilib. Adəti üzrə üç ölkə ABŞ, İngiltərə və Fransa bu işin gizlin və aşkar tərəflərinin araşdırılmasına mane olublar.
Ukraniya müharibəsi başlayan vaxtdan indiyədək, ABŞ-ın Ukraniyadakı şübhəli silah laboratoriyalarının fəaliyyət üsulu ilə bağlı sənədlərin gizlədilməsinə dair sübutlar əldə edilib. Sanki, BMT-nin baş katibinin və Təhlükəsizlik Şurasının üç qərb üzvünün bu məsələyə cavab vermək fikirləri yoxdur.
Məsələn, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü bundan əvvəl vurğulamışdı ki, taun, vəba, qarayara və digər xəstəlik törədən amillərin laboratoriya nümunlərinin aradan aparılması yolu ilə hərbi bioloji proqramların sübutlarının məhv edilməsi üçün tələsik səylər göstərilib.
Həmçinin digər sübutlar onu göstərir ki, Kiyevdə, Xarkovda və Odessada ABŞ-ın himayəsi altında olan laboratoriyalar müxtəlif irqləri (ətraf mühit və insani xüsusiyyətləri nəzərə almaqla) hədəf seçmək üçün sifarişlə hazırlanmış təhlükəli patogenlər üzərində işləyirlər.
Qərb rəsmiləri belə bir aşkar təhlükənin tərəflərini Təhlükəsizlik Şurasının iclaslarında bəyan olunmasına ümumiyyətlə icazə vermədikləri halda, bu iddiaları düzgün saymırlar və hətta gülməli sayırlar.
Başqa sözlə, Vaşinqtonun, Londonun və Parisin bu qalmaqallı məsələnin beynəlxalq dairələrdə bəyan olunmamasına dair israrı bu sahədə bəşəriyyəti təhdid edən potensial və faktiki təhlükələri ifadə edir.
Həmçinin ABŞ-ın Ukraniyadakı bəzi gizli laboratoriyalarının fəaliyyəti dünyada (Kovid-19-un yayılma dövrünü keçdikdən sonra) yeni pandemiya növünün yaranmasına əsaslana bilər.
Vaşinqton öz hücum məqsədləri yolunda zahirən bioloji texnologiyalardan istifadə edə bilər. ABŞ-ın dünyada xroniki təhlükəsizlik böhranlarının yaradılmasına əsaslanan böyük strategiyasının təkcə adi hərbi silahlardan istifadəyə bağlı olmadığını, süni pandemiyaların yaradılması yolu ilə bioloji imkanlardan istifadənin də təəssüflər olsun ki, belə tənlikdə aktual olduğunu unutmayaq.
Şübhəsiz ki, ABŞ-ın Ukraniya torpaqlarındakı bioloji laboratoriyaların fəaliyyət üsulu barədə ətraflı, geniş və təsirli araşdırmaların aparılması, hətta bu avropa ölkəsindəki Pfizer və Moderna kimi əczaçılıq şirkətlərinin fəaliyyəti barədə aydınlaşdırmanın həyata keçirilməsi bəşəriyyətin tələbi sayılır. Əgər buna diqqət yetirilməsə, gələcəkdə dünyada daha ağır insani və bioloji böhranlara şahid olacağıq.
Daha mühüm məsələ bundan ibarətdir ki, Avropa və ABŞ mediyaları bu qalmaqallı və mühüm mövzuya işarə etməməyə, hələ də Ukraniyadakı öz neqativ rəvayətinə məşğul olmağa üstünlük verirlər.
Bu hekayədə məlum olan məsələ budur: Ukraniya torpaqlarında (elan olunmamış və qeyri-qanuni) fəaliyyət göstərmiş və fəaliyyət göstərən bioloji laboratoriyalar barəsindəki xəbərlərin, iddiaların senzurasında mediyaların və amerikalı-avropalı siyasətçilərin üst-üstə düşməsi, sakitcə və göz yumaraq kənarından keçiləsi bir məsələ deyil.