Türkiyəli bir jurnalist ölkəsindəki hökumətin sionist rejimi qarşısındakı siyasətlərini tənqid edib və deyib ki, Ankara sözdə Fələstini, həqiqətdə isə İsraili dəstəkləyir.
Türkiyəli jurnalist “Mətin Ceyhan” Türkiyə məhsullarının İsrailə ixrac olunmasını göstərən foto dərc etməklə, Türkiyə prezidenti “Rəcəb Tayyib Ərdoğan”-ın bu rejim qarşındakı siyasətlərini tənqid deyib.
Ərdoğan dünən (çərşənbə günü) Hakim Ədalət və İnkişaf Partiyasının iclasındakı çıxışında sionist rejimini “terror ölkəsi” adlandırıb. Türkiyə prezidenti deyib: “İsrail bir şəhəri əhalisi ilə birlikdə tamamilə dağıtma strategiyasını qəbul edib. Mən ürəyimdə keçən şeyə agaham və açıq olaraq İsrailin terror ölkəsi olduğunu deyirəm”.
O, əlavə edib: “Əgər İsrail qətliamı bu şəkildə davam edərsə, bütün dünyada lənətlənmiş bir terror ölkənin olmasını hər yerdə sübut edəcəm.”
Ərdoğan açıqlamalarının digər hissəsində əlavə olaraq deyib: “Mən Netanyahuya deyirəm: Sizin atom bombanız var. Sizin nüvə bombanız var və onunla təhdid edirsiniz. Mühüm deyil nəyiniz var, gedəcəksiniz”.
Bununla yanaşı, Ərdoğan alovlu bəyanatlarına baxmayaraq, hələ də sionist rejimi ilə əlaqənin kəsilməsi istiqamətində heç bir əməli addım atmayıb.
Mətin Ceyhan X sosial şəbəkəsindəki ismarıcda Türkiyə məhsullarının İsrailə ixrac olunmasının davam etməsini bildirərək, müxtəlif məhsulların, o cümlədən xam nefti, dəmiri və poladı Tel-Əvivə aparmaqda olan 200-dən çox yük gəmisinin siyahısını dərc edib. (Aşağıdakı şəkil)

O, ismarıcının bu hissəsində yazıb ki, Türkiyə sözdə Fələstini, həqiqətdə isə İsraili dəstəkləyir.
O, həmçinin yazıb: “Limanlarımızdan İsrailə orta hesabla 7 gəmi göndəririk. Dünən digər 13 gəmi göndərdik. Biz Qəzzədə qətliamlar başlayan zamandan bəri sözdə Fələstini dəstəkləmişik. Amma İsrailə 272 logistik gəmi vermişik”.