Türkiyə Təhlükəsizlik orqanı bugün, həftənin çərşənbə günü bu ölkədə sionist rejiminə casusluqda şübhəli bilinən 44 nəfərlik bir şəbəkənin ifşa olunması barədə xəbər verib.
Türkiyə mediyaları bugün həftənin çərşənbə günü Türkiyədə yaşayan fələstinlilər barədə məlumatları sionist rejiminin “Mossad” adlı casusluq şəbəkəsinə ötürmə ittihamı ilə 44 nəfərin həbs olunması xəbərini veriblər.
Saxlanılan şəxslər Türkiyədə yaşayan fələstinliləri, onlara bağlı olan QHT-ləri izləmək və onlar barəsindəki məlumatları sionist rejiminin casusluq orqanının ixtiyarına verməkdə ittiham olunurlar.
Şübhəli şəxslərdən 7-i İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən həbs olunduqdan sonra məhkəməyə və ordan zindana göndəriliblər.
Qaçmış 13 nəfər şübhəli hələ də gizləndikləri halda digər şübhəlilər barəsində Terorizmlə Mübarizə Şöbəsində təqdiqatlar davam edir.