Türkiyə Daxili İşlər naziri Əli Yerlikaya cümə axşamı günü, ölkənin təhlükəsizlik xidmətlərinin İŞİD qruplaşması ilə əlaqəli 72 nəfər şübhəli şəxsi saxladıqlarını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Türkiyə Daxili İşlər naziri X sosial şəbəkəsində yazdığı yazıda bildirib ki, “13 vilayətdə İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində 72 nəfər saxlanılıb.”
O, əlavə edərək bildirib ki, şübhəli şəxslər Adana, Ankara, Antaliya, İstanbul, Trabzon və digər bölgələrdə saxlanılıblar.
Türkiyənin təhlükəsizlik xidmətləri davamlı olaraq İŞİD-ə qarşı əməliyyatlar keçirir. Türkiyə Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bununla əlaqədar olaraq bir il ərzində 3000-dən çox insan saxlanılıb.