Türkiyənin dövlət xəbər agentliklərindən biri bu ölkədə İsrailin Mossad təşkilatına casusluqda şübhəli bilinən 33 nəfərin həbs olunduğu barədə məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə müharibəsinə görə, Ankara və Tel-Əviv arasındakı əlaqələrdəki gərginliyin davam etdiyi bir şəraitdə Türkiyədə Mossada casusluq ittihamı ilə onlarla insanın həbs olunması gündəm olub.
Bu xəbər agentliyi bildirib ki, Türkiyədə İsrailin Xüsusi Kəşfiyyat və Əməliyyat Təşkilatına (Mossada) casusluqda ittiham olunan 33 nəfər həbs olunub.
Bu dövlət mediasının verdiyi məlumata əsasən, Türkiyənin təhlükəsizlik qüvvələri , həmçinin elə həmin işdə ittiham olunan digər 13 nəfərin həbs olunması üçün səy göstərirlər.
Qeyd olunub ki, Türkiyənin polis və təhlükəsizlik qüvvələri onları həbs etmək üçün eyni zamanda 7 vilayətdə ümümilikdə 57 əməliyyat həyata keçiriblər. Bu əməliyyatlar İstanbul Prokurorluğunun Terrorla Mübarizə İdarəsinin sifarişi ilə həyata keçirilib.
Bu xəbər agentliyi öz hesabatında bildirib ki, Mossad üçün casusluqda ittiham olunanların kəşfiyyat, nəzarət, hücum və Türkiyədə yaşayan xarici vətəndaşların oğurlanması kimi işlərdə əlləri olub və onlar “beynəlxalq casusluq” əməliyyatlarının bir hissəsi olublar.
Sionist rejimi üşün casusluqda ittiham olunanların həbsinin mediada yayılması Qəzzə müharibəsi nəticəsində, son həftələrdə Ankara və Tel-Əviv arasındakı əlaqələrdəki gərginliyin şiddətləndiyi bir şəraitdə baş verib.