Türkiyənin Səadət Partiyasının nümayəndəsi Ərdoğan hökumətinin Qəzzəyə zahiri dəstəyini tənqid edərək, İsraillə ticarət əlaqələrinin və bu rejimlə əməkdaşlığın, o cümlədən Qəzzədə törətdiyi cinayətlərə dəstəyin davam etdiyini vurğulayıb.
Türkiyənin Səadət Partiyasının nümayəndəsi Necmettin Çalışkan mətbuatda geniş işıqlandırılan parlamentdəki çıxışında ölkə hökumətinin ikili siyasətini tənqid edərək, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələrinə Qəzzəyə dəstəklərinin sadəcə söz və şou olduğunu, İsraillə ticarət və əməkdaşlığın davam etdiyini bildirib.
O, bildirib ki, “Qəzzə və Fələstini bombalayan pilotlar Konyada təlim keçib. İsrail təyyarələri üçün yanacaq İskəndərun limanından göndərilir. İsrail hərbiçilərinin yeməkləri Alanyadan, suları isə Manavqatdan gəlir.”
“İsraillə hər cür ticarət davam etdiyini” ifadə edən Türkiyə təmsilçisi, “Ukrayna və Azərbaycana pilotsuz təyyarələr göndərirsiniz, ancaq Qəzzə üçün dua edirsiniz. Ayıb olsun” sözlərini əlavə edib.
Türkiyə rəsmilərinin İsrailə qarşı sərt ritorikasına və bu zolağa qarşı müharibənin son iki ilində Qəzzaya dəfələrlə dəstək verdiyi iddialarına baxmayaraq, Ankaranın hərəkətləri açıq-aşkar ikiüzlülükdən xəbər verir və onun Tel-Əvivlə ticarət əlaqələri nəinki kəsilməyib, hətta bəzi hallarda hətta artıb.