Trampı Ağ Evə aparan ştatlarda onun populyarlıq səviyyəsi artıq orta xəttin altına düşüb; bu isə “Amerikanı əzəmətləndirək” şüarı ilə hakimiyyətə gəlmiş bir şəxsin siyasi məğlubiyyətinin təsviridir.
Xarici KİV-in məlumatına görə, Trampın razılıq səviyyəsi hazırda onu 2016-cı ildə Ağ Evə aparan əsas ştatlar olan Arizona, Corciya, Miçiqan, Nevada, Viskonsin və Pensilvaniyada 50%-dən aşağı düşüb.
Amerika tarixinin ən qeyri-populyar prezidentlərindən biri kimi tanınan Trampa indi ilk prezidentlik dövründə olduğundan daha çox nifrət edirlər.
Tramp 2016-cı ildə Hillari Klintona qarşı qalib gələrkən bu altı ştatın səslərini qazanmağı bacarmışdı. Elə həmin ştatlar 2020-ci ildə Co Baydenin qələbəsini təmin etmişdi. 2024-cü ildə isə Tramp bu ştatlarda Kamala Harrisdən daha çox səs toplayaraq yenidən Ağ Evə yol tapdı.
Bu altı ştat yalnız prezident seçkilərinin qalibini müəyyənləşdirmir, həm də amerikalı seçicilərin ümumi siyasi meyillərini göstərən əsas göstəricilər sayılır.
Hazırda Trampa qarşı narazılığın əsas səbəbi isə yüksək inflyasiya və iqtisadi tənəzzül təhlükəsidir. Bu, 2026-cı ildə keçiriləcək Konqres və Senatın ara seçkilərinə hazırlaşan Tramp və tərəfdarları üçün ciddi xəbərdarlıqdır.