Respublikaçı bir senator cümə axşamı günü bildirib ki, Trampın Qərbi Asiya məsələləri üzrə nümayəndəsi onları Qəzzənin yenidən qurulması üçün bir dollar belə xərclənməyəcəyinə əmin edib.
ABŞ prezidenti Donald Tramp son günlər ərzində bütün Qəzzə sakinlərini digər ölkələrə didərgin saldıqdan sonra oranın yenidən qurulması planı barəsində dəfələrlə danışıb. Amma əldə edilən məlumatlar bunun əksini göstərir.
Respublikaçı senator “Çoş Hauli” Trampın Qərbi Asiya məsələləri üzrə nümayəndəsi “Stiven Vitkoff”un respublikasçı senatorlarla gizli iclasında Trampın Qəzzəyə heç bir amerikalı əsgəri göndərmək istəmədiyi ilə bağlı onları əmin etdiyini üzə çıxarıb.
ABŞ qəzetlərindən biri cümə axşamı günü Hauliyə istinadən bildirib: “Vitkoff bizə dedi ki, Tramp Qəzzə üçün bir dollar belə xərcləmək istəmir.”
Trampın Qəzzənin yenidən qurulması işləri üçün xərcləri ərəb ölkələrindən alması barədə xəbərlər dolaşır.
Yüksək rütbəli ABŞ rəsmilərindən biri “Middle East Eye” saytına deyib ki, Tramp Qəzzə zolağının yenidən qurulma xərclərini ödəmələri üçün Fars körfəzi ətrafındakı ölkələrə təzyiq göstərmək niyyətindədir.
Adının açıqlanmasını istəməyən bu rəsmi şəxs bildirib ki, Tramp Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə deyəcək ki, ya Qəzzənin yenidən qurulma xərclərini ödəsinlər ya da artıq Amerikadan istədikləri heç bir şeyi pulsuz almayacaqlar.
