Ağ Evin Qərbi Asiyada rəqib gücləri cilovlamaq üçün yeni, çoxsəviyyəli strategiyasını açıqlayan Amerika internet saytı yazıb ki, Donald Tramp İraqda dinamik yanaşma tətbiq etməklə, qlobal güc balansını Qərbin xeyrinə bərpa etmək üçün İranın təsirini zəiflətməyə və regionda Çin və Rusiyanın təsirini azaltmağa çalışır.
Xarici KİV-in verdiyi məlumata görə, Amerikanın “Neft Qiyməti” internet saytı bazar günü (6 İyul 2025-ci il) hesabatında ABŞ prezidenti Donald Trampın “İraqda dinamik hərəkətlərlə” yeni strategiya irəli sürdüyünü və bu strategiya vasitəsilə Çin və Rusiyanın dünyada təsirini cilovlamağa çalışdığını açıqlayıb.
Digr bir internet saytı bu hesabatı yenidən dərc edən və ABŞ-ın İraq işlərinə müdaxiləsinin “indi davamlı olaraq dərinləşdiyini” bildirərək yazıb: “Görünür, ABŞ prezidentinin iki ox üzərində cəmlənmiş strategiyası var, birinci oxda o, çoxtərəfli təzyiqlər tətbiq etməklə və İraqda təsirini zəiflətməklə İranı danışıqlara məcbur etməyə çalışır”.
Amerika şəbəkəsinin hesabatının davamında deyilir: “Trampın strategiyasının ikinci oxu İraqı Qərbin, xüsusən də ABŞ-ın təsir dairəsinə çəkmək və bu iki gücün regionda artan təsirini cilovlamaq üçün bu ölkədə Çin və Rusiyanın təsirini azaltmaqdır”.
Hesabatın yekun hissəsində qeyd olunur ki, Tramp həm də İraq hökumətinə iqtisadi sanksiyalar tətbiq etmək üçün üstüörtülü təhdidlər etməklə və bu ölkənin İranla əlaqələrindən Bağdada qarşı təsir rıçaqları kimi istifadə etməklə bu məqsədlərə nail olmağa çalışır.