ABŞ prezidenti Ənsarullah komandirlərinin toplantısına hücum etdiyini iddia edərkən, yəmənli bir mənbə amerikalıların bir bayramı hədəf aldığını və nəticədə onlarla mülki şəxsin şəhid olduğunu bildirib.
Bu mənbə və Yəmənin rəsmi xəbər agentliyi bildirib: “Trampın X sosial media hesabında yerləşdirdiyi film, əslində (Yəmənin qərbində) əl-Hudeyda əyalətində baş tutan bir bayram mərasimi idi.
Mənbə, həmçinin bu bayramın bütün Yəmənin əyalətlərində bayram və günlərdə vaxtaşırı keçirilən ictimai bir fəaliyyət olduğunu bildirərək dedi: “Belə bir mərasimin heç bir hərbi fəaliyyətlə əlaqəsi yoxdur”.
Mənbə vurğulayıb ki, onların bu cür əməliyyatlarla əlaqələndirilməsi ABŞ-ın Yəməndəki cinayətlərinə haqq qazandırmağa yönəlmiş sırf böhtandır.
Tramp bu yaxınlarda X sosial şəbəkəsindəki şəxsi səhifəsində bir video yerləşdirərək ABŞ-ın Ənsar Allah komandirlərinin toplantısını hədəf aldığını və bu şəxslərin sionist rejimə qarşı dəniz əməliyyatı keçirməyi planlaşdırdıqlarını yazıb.
Yəmənli mənbə sözlərinin davamında ABŞ-ın bu bayrama qarşı amansız hücumlarının onlarla insanın şəhid olması və yaralanması ilə nəticələndiyinə işarə edərək, deyib: Bu hücum ABŞ-ın Yəməndəki hücumlarının uğursuzluq dərəcəsini göstərən cinayətdir. Bu cinayət Qəzzə zolağında ABŞ və İsrailin soyqırımının davam etməsi ilə uyğundur və bu cinayətin cavabsız qalmayacağını vurğulayıb.
O, sonda qeyd edib: Yəmən Silahlı Qüvvələri bu ölkə xalqının qanının zay olmasına icazə verməyəcək, əksinə, bir cavab verəcəklər və bu cavab, bu cinayətin miqyası ilə mütənasib olacaq.