Donald Tramp administrasiyasının ABŞ-ın BMT-dəki nümayəndəliyi üçün təklif etdiyi namizəd İordan çayının qərb sahillərinin sionist rejimi tərəfindən işğal olunması üçün növbəti dəfə yaşıl işıq yandırıb.
Trampın ABŞ-ın BMT-dəki nümayəndəliyi vəzifəsinə təklif etdiyi namizəd ABŞ hökumətinin “Müqəddəs Kitaba” əsaslanaraq İsrailin İordan çayının qərb sahillərini işğal etmək hüququna malik olduğunu iddia edən sonuncu rəsmisi olub.
Ellis Stefanik ötən həftə keçirilən iclasda İsrail rejimini müdafiə etməyə davam edəcəyinə və Trampın “Öncə Amerika” proqramını önə aparmağa söz verib.
Nyu-Yorkdan olan Respublikaçıların nümayəndəsi Ellis Stefanik yəhudilərin Müqəddəs Kitaba əsaslanaraq işğal olunmuş İordan çayının qərb sahillərindəki fələstinlilərin ərazilərini ələ keçirmək hüququna sahib olduğunu bildirən İsraildəki ifratçı sağçıların iddialarını dəstəkləyib.
O, İsrail rejiminin sağçı maliyyə naziri Bezalel Smotriçin və keçmiş müharibə tərəfdarı olan İtamar Ben Giverin İsrailin İordan çayının qərb sahillərindəki bütün ərazilərə nisbətdə məzhəb haqqının olması fikri ilə həmfikir olması barədə verilən suala bir kəlmə ilə cavab verib: “Bəli.”
Stefanik İsrail rejimini ciddi şəkildə dəstəkləyən biri kimi tanınır. O, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) büdcəsinin kəsilməsi üçün ABŞ-ın gəldiyi qərarı dəstəkləyib.
Stefanik, həmçinin sionistlərin xristian və müsəlman fələstinlilərin qətlə yetirilməsində və onların öz torpaqlarından, evlərindən etnik cəhətdən təmizlənilməsində İsrail rejimini haqlı göstərməyə çalışan iddialarını dəstəkləyib.
Stefanik özünü “antisemitizm”in artması ilə mübarizə aparan qəhrəman kimi təqdim etdikdən sonra Respublikaçılar Partiyasındakı donorlardan külli miqdarda maliyyə yardımı alıb.
O, uzun müddətdir ki, İsrail rejiminin işğal və ilhaq siyasətlərini qatı şəkildə müdafiə edənlərdən biridir.
ABŞ medialarının verdiyi məlumatlara əsasən, 2024-cü ilin İyun ayında amerikalı-israilli milyarder Miriam Adelson Trampa seçki kampaniyası üçün İordan çayının qərb sahillərini İsrailə birləşdirməyə söz verməsi şərti ilə 100 milyon dollar bağışlayıb.
Sionist rejimin 1967-ci müharibəsindən və Fələstin torpaqlarını işğal etməsindən sonra İordan çayının qərb sahillərində və Beytul-Müqəddəsin şərqində inşa etdiyi yəhudi qəsəbələrində yüz minlərlə israilli yaşayır.
BMT və dünya ölkələrinin çoxu sionist rejimin inşa etdiyi qəsəbələrin qanunsuz olduğunu bildiriblər. Çünki bu rejim 1967-ci ildə bu torpaqları işğal edib və Cenevrə Konvensiyasına əsasən işğal olunmuş ərazilərdə işğalçı tərəfindən hər növ tikinti işlərinin aparılması qadağandır.
ABŞ müxtəlif dövürlərdə İsrail rejiminin işğal olunmuş Fələstin torpaqlarındakı siyasətlərinin əsas dəstəkçisi olub.