Amerikalı fəallar Donald Trampın Qəzzə zolağını idarə etmək və fələstinlilərin məcburi şəkildə yerdəyişməsi üçün irəli sürdüyü təklifi tənqid etməklə, ABŞ-ın yeni prezidentinin yanaşmasını Co Baydenin Qəzzə xalqının soyqırımını dəstəkləməkdəki düşmən xarakterli yanaşmasının davamı olaraq təsvir ediblər. Onlar sosial şəbəkələrdə posterlər dərc edərək Respublikaçı və Demokrat partiyalarının hər ikisini sionizm layihəsinə xidmətdə olduğunu təqdim ediblər.
Trampın Qəzzədəki fələstinlilərə qarşı etnik təmizləməni aşkar şəkildə dəstəklədiyi bir vaxtda demokratlar humanitar jest alıb və onun idealarını “dəli edici” adlandırıblar.
Sionist rejimin baş naziri Netanyahunun Co Bayden zamanında ABŞ-a əvvəlki səfərindən çox vaxt keçməyib. İnsanların, xüsusən də amerikalı vətəndaşların zehni ABŞ Konqresinin nümayəndələrinin saatlarla onun qarşısında dayanıb, uzun-uzadı əl çalmaqla Qəzzədə müharibəni davam etdirmək üçün israillilərə yaşıl işıq yandırması ilə bağlı görüntülərlə doludur.
İndi ABŞ xalqı demokratlara sual verir: O zaman Qəzzə xalqına olan zülmə qarşı qəzəbiniz harda idi? Nəyə görə İsrailə milyardlarla dollar dəyərində silah göndərdiyiniz və sionistlərin işğalçılığını maliyyələşdirdiyiniz zaman, on minlərlə fələstinli məzlumcasına öldürülərkən etikanızdan xəbər yox idi?
Amerikalı fəallar demokratların respublikaçıları və Trampı məhv etmək üçün indiki mövqeyini bərbad vəziyyətə düşmüş etika adlandırıb, bu mövqeyin həmin partiyanın siyasi məqsədləri çərçivəsində olduğunu bildiriblər.
Bu barədə sosial şəbəkələrdə dərc olunan ən maraqlı posterlərdən bəzisi:

Respublikaçılarla demokratlar arasında heç bir fərq yoxdur. Hər ikisi sionistlərin mindiyi uzunqulaq kimidir. Onlar sionizmin əlində alətə çevriliblər. İsrail “öncə İsrail” şüarı ilə onları, hətta Amerikanın öz maraqlarının aradan getməsi bahasına olsa belə manipulyasiya edir.

İkiüzlülük. Bütün bunlar (azad seçki illüziyası) yalan şüarlardır. Maraqları təmin olunduğu zaman ondan istifadə edirlər.

Amerika Qəzzəni yenidən qurmaq istəyir. Sanki, 15 ay (tamam) oranı dağıtmaq üçün pul xərcləyən Amerika deyildi.