ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp porno filmlərdə oynayan aktrisaya susqunluq pulu ödməkdə təqsirli bilinib, amma ona qarşı heç bir cəza nəzərdə tutulmayıb.
Nyu-York ştatının məhkəməsi Donald Trampı Stormi Danielsə sakit dayanması üçün pul ödəməsi ilə bağlı cinayət əməlində təqsirli bilib.
Buna baxmayaraq, Trampa qarşı heç bir cəza nəzərə alınmayıb.
Hakim Xuan Merçan hökmü elan etməzdən öncə Trampa qarşı “şərti buraxılışı” nəzərdən keçirmək niyyətində olduğunu üstü örtülü şəkildə demişdi. Bu o deməkdir ki, o, həbs, sınaq müddəti və ya cəriməyə məhkum edilməyəcək.
Bu hökm ABŞ tarixində prezidentə qarşı açılan ilk cinayət işinin bağlanması demək idi.
Trampın vəkilləri ABŞ prezidentinin məhkəmə toxunulmazlığı qanununa və həmçinin Trampın yaxın günlərdə keçiriləcək andiçmə mərasiminə istinad etməklə yekun hökmü təxirə salması üçün məhkəməni inandırmağa çalışıblar. Amma bu səylər nəticəsiz qalıb.
Trampın susqunluq pulu ödəmək işinə baxan hakim təqdim edilən arqumentlərin keçmişdə deyilən təkrar arqumentlər olduğunu vurğulayıb.
Bundan öncə elan olunmuşdu ki, Donald Tramp tərəfindən pornoqrafik filmlərdəki aktrisalardan birinə sükut etməsi üçün pul verilməsi ilə bağlı məhkəmə hökmü onun andiçmə mərasimindən yalnız 10 gün əvvəl, yəni Yanvarın 10-u açıqlanmalıdır.
Bu cinayət işinə əsasən, Tramp 2016-cı il seçkilər zamanı porno aktrisa ilə olan əxlaqsız münasibətini ört-basdır etmək üçün ona pul verməkdə ittiham olunub.