Yəməndə Mina Təmizləmə İcra Mərkəzi ABŞ-ın Sədə vilayətində mülki obyektlərə hücum edərkən beynəlxalq miqyasda qadağan olunmuş silahlardan istifadə etdiyini təsdiq edib.
Yəməndə Mina Təmizləmə İcra Mərkəzi X sosial şəbəkəsində yazıb ki, Amerika düşməni Sədədə mülki əhali və mülki hədəflərə dağıdıcı təsir göstərən və ağır zərər vuran silahlardan istifadə edib.
Bu hesabata görə, son hücumlarda çox güclü və zəhərli partlayıcı döyüş başlıqlarına sahib olan partlayıcı və dağıdıcı Tomahavk raketlərindən (BGM-109 Tomahawk) istifadə edilib. Bu hücumlarda daha əvvəl Yəmənin 5 vilayətində kaset döyüş başlıqlarından da istifadə edildiyi qeydə alınıb.
Cenevrə Konvensiyası və Beşinci Protokola əsasən, bu hərəkət bütün beynəlxalq qanunların açıq-aşkar pozulması və bütün insanlıq və əxlaq dəyərlərinə təcavüz kimi qəbul olunur və Yəmənə qarşı bu silahlardan istifadə edilərkən mülki şəxslərin həyatını qorumaq üçün heç bir ehtiyat tədbiri görülməyib.


Tomahavk əslində yer hədəflərinə hücum etmək üçün istifadə olunan, aşağı səs sürətli, uzaq mənzilli raketdir. Bu raket adətən döyüş gəmilərindən və ya sualtı qayıqlardan atılır. Uzunluğu 5.56 metr, sürəti isə saatda 880 kilometrdir və 450 kiloqram partlayıcı maddə daşımaq qabiliyyətinə malikdir. Bu raketin mənzili 1200 ilə 2500 kilometr arasında dəyişir.
Ötən il (2024-cü il) ərzində Yəmənin Minalardan Təmizlənməsi üzrə İcra Mərkəzinə mina, kaset bombaları və müharibə qalıqlarının qurbanlarının qeydiyyatı barədə məlumat daxil olub, onların sayı 228 şəhid və yaralıya çatıb. Bu statistikaya yalnız məlumatı təsdiqlənmiş və ya yardım almış şəxslər daxildir. Bunlardan 162 nəfər yaralanıb, 66 nəfər isə şəhid olub.


Təxminən bir həftə əvvəl Amerika hökuməti prezident Donald Trampın göstərişi ilə sionist rejimlə əlaqəli gəmilərə dəstək məqsədilə Yəmən torpaqlarına hava hücumlarını bərpa edib və intensivləşdirib.
Yəmən rəsmiləri bildiriblər ki, Amerikanın hərbi obyektləri və infrastrukturu hədəfə almaq iddialarının əksinə olaraq, onlar yaşayış və mülki binalara hücum edir və bu ölkə vətəndaşlarını şəhid edirlər.