“The Guardian” qəzeti məlumatlı mənbələrə istinadən yazıb: İsrailin Qəzzədə mülki şəxslər üçün sığınacaq kimi istifadə edilən məktəblərə hücumları rejimin düşünülmüş strategiyasının bir hissəsidir.
The Guardian, həmçinin yazıb: Qəzet Qəzzədəki qaçqınlar üçün sığınacaqlardakı məktəb binalarına son vaxtlar İsrailin bir sıra ölümcül hücumlarının rejimin hərbi bombardman strategiyasının bir hissəsi olduğunu və daha çox məktəbin hədəf kimi müəyyən edildiyini göstərən məlumatlar əldə edib.
Qəzetin məlumatına əsasən, son aylarda ən azı 6 məktəb İsrail ordusunun hədəfində olub və nəticədə 120-dən çox insan şəhid olub.
Məlumatlara görə, İsrail rejiminin bazar ertəsi Qəzzənin mərkəzindəki Deyr əl-Bələhdə sığınacağa çevrilən məktəbə hücumu nəticəsində 4 nəfər şəhid olub.
Sionist rejimin ordusu bu hücumu təsdiqləyərək, heç bir sübut təqdim etmədən və məktəbin adını qeyd etmədən iddia edib ki, “terrorçular tərəfindən istifadə olunan bir məkanı bombalayıb.”
Hərbi mənbələrin sözlərinə görə, əl-İşe məktəbi, sığınacaq kimi istifadə edilən məktəblərdən biri olub və İsrail qüvvələri son həftələrdə onu hərbi hücum hədəfi kimi müəyyən edib.
Məlumatlı mənbələr əlavə ediblər ki, digər dörd məktəb binası da mümkün bombardman hədəfi kimi müəyyən edilib. Bunlara Həlavə, ər-Rəfai, Nəsibə və Həlimə Sədiyyə məktəbləri daxildir. Hər dörd məktəb Qəzzənin şimalında Cəbəliyyə şəhərində və ya onun yaxınlığında yerləşir.
BMT-nin son qiymətləndirmələrinə görə, Qəzzədə məktəblərin 95 faizinin binalarına ziyan dəyib. Hücumlardan 400-ə yaxın məktəb birbaşa zərər çəkib.
Yerli rəsmilərə görə, Mayın 25-də İsrail rejiminin hava hücumu nəticəsində Fəhmi əl-Cərcavi məktəbində yatan azı 54 nəfər həyatını itirib. Səlahiyyətlilər bildiriblər ki, yanğın baş vermiş sinif otaqlarında uşaqların da daxil olmaqla, ağır yanmış cəsədlər tapılıb.