Texas qubernatoru etirazlara qarşı çıxmaq üçün ştatın müxtəlif şəhərlərində minlərlə zorakı qüvvələrin yerləşdirildiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Texas qubernatoru Qreq Abbott cümə axşamı günü açıqlamasında bildirib ki, o, Donald Trampa və administrasiyanın immiqrasiya siyasətlərinə qarşı etirazlarla mübarizədə yerli qüvvələrə dəstək olmaq üçün Texas ştatının 5000-dən çox Milli Qvardiya əsgəri və 2000-dən çox əyalət polisini yerləşdirib.
Bu xəbər şənbə günü Texas ştatının bir neçə şəhərində, o cümlədən San Antonio, Houston, Austin və Dallasda nümayişlərin keçiriləcəyi açıqlanandan sonra verilib.
Nümayişləri yeni yaradılmış “Kralsız” hərəkatı təşkil edir. Bu hərəkat ABŞ-da Tramp administrasiyasının sərt immiqrasiya siyasətlərinə qarşı formalaşmış milli etiraz hərəkatıdır. Bu hərəkatın təşkilatçıları qeyd ediblər ki, adını Amerika tarixindəki monarxiya və diktatura qarşısı olan şüarlardan ilham alıblar.
“Kralsız” şüarı, xüsusən sərhəd bölgələrində və böyük şəhərlərdə miqrantların saxlanılması və deportasiya olunması üçün federal tədbirlərin dayandırılmasını tələb edir.

Bu hərəkatın iştirakçıları hesab edirlər ki, ABŞ-ın etirazçılara qarşı hərbi qüvvələrin geniş istifadə edilməsinə əsaslanan siyasətləri, ölkənin demokratiya sahəsindəki şüarları ilə uyğun deyil və insan hüquqlarının pozulmasıdır.
Son günlərdə Los-Anceles polisi gündəlik etirazları boğmaq üçün onlarla insanı həbs edib.
Bu etirazlar əşyaların atılması, avtomobillərin (o cümlədən Waymo avtonom avtomobilləri) yandırılması və polisin gözyaşardıcı qaz istifadə etməsi kimi toqquşmalarla müşayiət olunub.
Los-Ancelesin meri Bass, bazar ertəsindən etibarən şəhər mərkəzində axşam saat 8-dən səhər saat 6-ya qədər gecə saatlarında hərəkət məhdudiyyətlərini tətbiq edib, amma etirazçılar hələ də küçələrə çıxmağa davam edirlər.

Bu nümayişlər Kaliforniyanın digər şəhərlərinə və hətta ABŞ-ın digər bölgələrinə də yayıləb, miqrant hüquqlarının pozulması və federal hökumətin güc tətbiqi mövzusunda mübahisələrə səbəb olub.
Bununla belə, bu həftə Austin (Texas ştatının paytaxtı) və Dallas (Texasın iqtisadi mərkəzi) şəhərlərində etirazlar, polisin toplaşanları dağıtmaq üçün kimyəvi maddələr istifadə etdiyi və təxminən on nəfərin həbs edildiyi qısa münaqişələrlə müşayiət olunub.
Texasın qubernatoru Abbott, etirazçılara xəbərdarlıq edib ki, Texas, Los-Ancelesdə baş verənləri qəbul etməyəcək. O, bildirib ki, zorakılığa əl atan və ya əmlaka ziyan vuran hər kəs həbs olunacaq və qanun qarşısında cavab verəcək.
Donald Tramp administrasiyası, Los-Ancelesdəki etirazları boğmaq üçün Milli Qvardiyanı göndərib. Kaliforniya qubernatoru Gavin Nevsom, Trampın bu addımına qarşı çıxıb.