Türkiyə qəzetlərindən biri Teleqram-ın təsisçisi və baş direktoru Pavel Durovun Fransadakı həbsinin arxasında İsrail rejiminin olduğunu açıqlayıb.
Türkiyə qəzeti sionist rejimi ordusunun Qəzzədəki soyqırım görüntülərinin Teleqram-da yayılmasının bu rejimin məsul şəxslərinin narahatlığına səbəb olduğunu qeyd edib.
Qəzet vurğulayıb ki, bəzi hakerlərin sionist rejimi ordusunun Qəzzədəki soyqırımı ilə əlaqədar gizli məlumatları əldə edərək onları Teleqram-da yaydıqları bildirilir. Amma Teleqram-ın təsisçisi və baş direktoru Pavel Durov sionist rejiminin təzyiqləri qarşısında müqavimət göstərib və Qəzzəyə qarşı müharibəylə bağlı xəbərlərin, hadisələrin senzura olunması ilə razılaşmayıb. Buna görə də Fransada həbs edilib.
Sionist rejiminə aid bir milyon sənədin yayılması
Qeyd olunan qəzet xəbərinin başqa bir yerində WikiLeks-a oxşar DdoSecrets Teleqram kanalı vasitəsi ilə İsrail rejiminə aid bir milyondan çox sənədin üzə çıxdığını bildirib. Sionist mənbələrinin verdiyi məlumata görə, bu sənədlər 2024-cü ilin Aprelində dərc olunub və orada bu rejimin yüksək rütbəli rəsmilərinin şəxsi məlumatları, həssas yazışmalar, bu rejimin nazirliklərin daxili və gizli sənədləri var.
Qəzet, həmçinin bildirib: Durovun 12 müxtəlif cinayətə görə həbs olunduğu iddia edilsə də, onun həbsinin səbəbi sionist rejiminin, Qəzzədə törətdiyi soyqırımla bağlı xəbərləri senzura etmək istəyini rədd etməsi olub.