Türkiyəli mediyalar bazar günü sionist rejiminin Türkiyədə baş vermiş zəlzələ bölgələrinə göndərdiyi xilas etmə qrupunun bu ölkənin tarixi əlyazmalarını oğurlayaraq Tel-Əvivə aparması barədə xəbər veriblər.
Xarici KİV-in verdiyi hesabata əsasən, Qəhrəman Maraşda baş verən zəlzələdən sonra sionist rejimi də bir çox başqa ölkələr kimi zəlzələ bölgəsində insanların tapılması və xilas edilməsi ilə məşğul olmaq üçün Türkiyəyə bir qrup göndərib.
Sionist qrupu zəlzələ bölgəsində öz işini bitirdikdən sonra işğal olunmuş torpaqlara qayıdan zaman bir hadisə baş verib və Türkiyə mediyalarında partlayışa səbəb olub.
Məlum olub ki, İsrail imdad qrupunun üzvlərindən biri olan “Zaka”, tarixi iki əsr əvvələ qayıdan və Türkiyənin “Antakya” sinaqoqunda saxlanılan “Əstər” kitabından olan vərəqləri İsrailə aparıb.
Türkiyəyə aid xəbər agentliyi, İsrail mediyalarında nümayiş etdirilən İsrailə qaçırılmış Türkiyənin qədimi tarixi əsərlərinin şəkillərini yayımlayıb.
Zakaya bağlı xilas etmə qüvvələrinin komandiri “Hayim Utmazjin”, bu barədə iddia edib ki, yaşlı bir şəxs, onu bu işlə İsrailə (əlyazmanı qaçırmaqla) vəzifələndirib.
O, bu tarixi əsəri göstərərək iddia edib ki, o, on illərdir Zakada könüllü olaraq çalışır və bu an, onun həyatında ən təsirli andır.
O, deyib: Doğurdan da fəxr edirəm ki, bu tarixi əhəmiyyətli sənədi qoruya bilim və əmin olum ki, Türkiyənin Antakiyasında yəhudi azlığının irsi, oranı demək olar xaraba qoyan zəlzələdən sonra da qalacaq.
Sosial şəbəkələrdə türkiyəli vətəndaşların çoxsaylı reaksiyalarından sonra Türkiyədəki yəhudi azlıq, bu əlzaymanı sionist rejimindən geri alıb.
Bu qrumun bəyanatında deyilib ki, Əstər əlyazması İsraildən geri alınıb və Türkiyədəki baş ravvinlikdə saxlanılır. Sinaqoq yenidən bərpa olunduqdan sonra öz yerinə, yəni Antakiyaya qayıdacaq.
Türkiyədə Muzey və Mədəniyyət İrsi müavini Yəhya Kaşkan, bu barədə deyib: Ölkəmizdə mədəniyyət prinsipləri onun dini mahiyyətindən asılı olmayaraq ölkəyə məxsusdur.