Sionist rejimi polisi, həftənin bazar günü səhər saatlarında bildirib ki, Tel-Əvivdə rejimin baş naziri Netanyahunun siyasətlərinə etiraz edən 10 minlərlə insanın keçirdiyi nümayişlər zamanı 21 nəfər həbs olunub.
Rejimin polisi deyib ki, Netanyahunun “Məhkəmə İslahatları” layihəsinə etiraz olaraq geniş şəkildə keçirilən nümayişlər zamanı bağlanmış yollar açılıb.
Həmçinin, bildirilib ki, ictimayi asayişin pozulması və Ayalon şossesinin bağlanmasına görə 21 nəfər etirazçı həbs olunub.
Şənbə günü axşam işğal altındakı torpaqlarda yaşayan təxminən 160 min insan ardıcıl olaraq 8-ci həftədə Netanyahu siyasətlərinə qarşı geniş miqyaslı nümayiş keçirib.
İbrani mediyalar hesabatlarında bildiriblər ki, Mossad rəhbəri “Devid Barni”, tabeliyində olan qrumlarda çalışan zabitlərə Məhkəmə İslahatları əleyhinə keçirilən geniş miqyaslı etirazlarda iştirak etmək icazəsi verib. Rejimin televiziya kanalı da şənbə günü axşam Mossadın rəhbərlərindən və yüksək rütbəli zabitlərindən bir çoxunun geniş etirazlarda iştirak etmə hüquqlarından istifadə etməyi tələb etdikləri barədə məlumat verib.
Eyni zamanda sionsit rejiminin Fəhlə Partyası, rejimin baş nazirinin müxalifəti “yumruqla” geri çəkməyin lazım olduğu və etirazçılara qarşı zorakılıq tətbiq edilməsinə təhrik etdiyinə dair açıqlamalarına görə, onu şikayət edib.
Təxminən 9 gün öncə sionist rejiminin Parlamet üzvləri 8 saatlıq iclasdan sonra Məhkəmə Sisteminin salahiyyətlərinin azaldılması üçün sağçı kabinetin qalmaqallı layihəsini 63 lehinə və 47 əleyhinə rəylə təsdiqləyiblər.