Sionist rejimi ordusunun təqaüdə çıxmış bir generalı rejimin ordu sözçüsünün Qəzzə müharibəsi barəsində iddialarını və HƏMAS qüvvələri arasındakı insan tələfatlarının sayını şübhə altına salıb və vurğulayıb ki, bu hərəkatın və onun tunellərinin məhv edilməsi təxminən qeyri-mümkündür.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejimində güvən böhranı güclənib və bu böhran liderlərinə, həmçinin nəzarətçilərə və Qəzzə müharibəsi barəsində söhbət edən analitiklərə nisbətdə təkcə rejimin rəsmiləri arasında deyil, həm də bütün sakinlər arasında yayılıb. Hətta HƏMAS-ın məhv edilməsi və əsirlərin azad olunması da daxil olmaqla elan edilən hədəflərin həyata keçməsi barəsində şübhələrə səbəb olub.
Sionist rejimi Qəzzə zolağına qarşı hücumların və təcavüzün ilk günündən etibarən öz medialarını səfərbər edib və bu müharibənin gedişatı barəsində yalan məlumatlar və saxta görüntülər təqdim edirlər ki, “qələbə görüntüsü”-nü təsvir etsinlər.
Bununla əlaqədar olaraq sionist rejimi ordusunun ehtiyatda olan generalı “İshaq Brik” bir neçə gün əvvəl ibridilli qəzetlərin birindəki məqaləsində yazıb: İlk günlərdən Qəzzə zolağında döyüşən zabit və əsgərlərdən əldə olunan məlumatları və xəbərləri nəzərə almaqla bu nəticəyə gəlirik ki, İsrail ordusunun sözçüsü və televiziya kanallarındakı hərbi analitiklər HƏMAS hərəkatı sıralarında minlərlə ölü olması və İsrail qüvvələri ilə onlar arasında üz-üzə qarşıdurmaların olması barəsində yalan məlumatlar verirlər.
Brik əlavə edib: Ordu sözçüsünün və analitiklərin sözlərinə inanmayın. Bizim qüvvələrin əli ilə öldürülən HƏMAS qüvvələrinin sayı çox azdır. Ordu sözçüsünün və analitiklərin iddia etdikləri kimi döyüşlərin çoxu üz-üzə həyata keçirilmir. Ölü və yaralılarımızın əksəriyyəti onları hədəfə alan HƏMAS-ın zireh əleyhinə bomba və raketlərinin nəticəsində vücuda gəlib.
İşğalçı rejimin təqaüdlü generalı bildirib ki, HƏMAS üzvləri tunellərdən və yarıqlardan çıxıb, pusqular qurub, İsrail hərbi qüvvələrinə və hərbi maşınlarına tərəf zireh əleyhinə raketlər atırlar, daha sonra tunellərə girərək yoxa çıxırlar.
O, İsrail ordusunun hal-hazırda müharibənin idarəçiliyi üçün heç bir həll yolunun olmadığını vurğulayıb.
İshaq Brik bu məqalənin bir hissəsində yazıb: Ordu sözçüsünün, yüksək rütbəli təhlükəsizlik və hərbi rəsmilərin müharibəni böyük bir qələbə kimi göstərmək istədikləri tamamilə məlumdur. Buna görə də, onlar mediaları və müxtəlif televiziya kanallarının müxbirlərini Qəzzəyə aparıblar ki, ordunun qələbə görüntüsünü nümayiş etdirsinlər. Hədəflərimizin həyata keçməsinə hətta yaxınlaşmazdan əvvəl qələbə görüntüsü yaratmaq çox ziyan vura bilər.
İsrail rejiminin bu təqaüdlü generalı bildirib: Qəzzə müharibəsində iştirak edən zabit və əsgərlərin bir çoxu mənə deyir ki, HƏMAS-ı məhv etmək və onun qüvvələrinin yenidən təşkil olunması və təşkilatlanmasının qarşısını almaq çox çətin, bəlkə də mümkünsüz hala gəlib.