Təcavüzkar koalisiyanın casus qırıcıları dünən (cümə günü), Yəmənin şimalında yerləşən Səde vilayətindəki “Əl-Ğur” məntəqəsini hədəfə alıblar.
Təcavüzkar ABŞ-Səudiyyə koalisiyasına bağlı casus qırıcıları “Ğəmr”-dəki Əl-Ğur məntəqəsini hədəfə alıblar və nəticədə, bir yaşayış evinə və iki maşına ziyan dəyib.
Ondan əvvəlki gün də (cümə axşamı günü) təcavüzkar koalisiya qırıcılarının Sədedəki “Munəbbih” və “Şəda” sərhəd məntəqələri ətrafında olan bir neçə kəndə hücumunda 3 Yəmən vətəndaşı yaralanıb və bir neçə yaşayış mənzilinə ziyan dəyib.
Səde vilayətinin sərhəd bölgələri həmişə təcavüzkar koalisiyanın raket və artilleriya hücumlarına məruz qalır, Yəmən vətnədaşları həmişə bu hücumlarda ölür və yaralanırlar. Bu hücumlar son bir neçə həftədə beynəlxalq ictimaiyyətin ağır sükutu sayəsində şiddətlənib.