Son bir ay ərzində Həmanın şimalında yerləşən Ərze kəndində 3-ü uşaq və 1-i qadın olmaqla 32 mülki şəxs yerində edam edilib.
Suriya İnsan Haqları Müşahidə Təşkilatı bildirib ki, kimliyi naməlum silahlı şəxslər Ərze kəndindən olan, əksəriyyəti Ələvi məzhəbindən olan 10 mülki şəxsi qətlə yetiriblər.
Təşkilat əlavə edib: Bu qətliam, Suriyanın sahil bölgəsi əhalisinə qarşı həyata keçirilən soyqırımı əməliyyatlarının bir hissəsi olaraq daha böyük bir qətliamın öncülü olub. 7 Mart tarixində isə Ərze kəndindəki Ələvi icmasından olan 22 mülki şəxs Daxili İşlər və Müdafiə Nazirliklərinin və onların müttəfiqlərinin silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Cinayətdə iştirak edənlərə təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olub və onlar kəndə hücum edərək bu insanları öldürüblər.
Suriya İnsan Haqları Müşahidə Təşkilatının hesabatında bildirilib ki, həmin vaxtdan bəri Ərze kəndi ölümcül bir sükuta bürünüb. Bu cinayətdən sağ çıxanlar ya kəndi tərk edərək köç ediblər, ya da gizli şəkildə bölgəyə gedib-gəlirlər. Çünki saxlanılmaqdan və ya öldürülməkdən qorxurlar. Ərzedə baş verənlər təsadüfi bir hadisə deyil, Ələvilərin qətli və zorla köçürülməsi məqsədi daşıyan, media səssizliyi fonunda həyata keçirilmiş planlı və təşkilatlanmış bir əməliyyatdır.
Suriya İnsan Haqları Müşahidə Təşkilatı əlavə edib ki, Müdafiə və Daxili İşlər Nazirliklərinə bağlı qüvvələr aprel ayının əvvəlində kəndə qayıdaraq, dini məzar və məqbərə yerlərinə hücum edib və onları dağıdıblar. Bu hərəkət, onların bölgənin kimliyini silməyi hədəflədiyini göstərir. Hətta vətəndaşların evlərinə edilən hücumlar təşkilatlanmış bir əməliyyata çevrilib və digər kəndlərdə də eyni hərəkətlər təkrarlanıb. Buna baxmayaraq, Suriya hökumətindən və ya rəsmi orqanlardan heç bir araşdırma və ya cavab tədbiri görülmür. Silahlı şəxslər, vətəndaşların evlərini zorla ələ keçirir və orada yaşayan insanları öz evlərinə geri dönməyə qadağa qoyurlar.
Suriya İnsan Haqları Müşahidə Təşkilatı vurğulayıb ki, silahlı şəxslər, şəhəri tərk edən mülki şəxslərin şəxsiyyət vəsiqələrini ələ keçirərək, gələcəkdə həqiqət araşdırma komitəsi qurularsa və bu komitənin üzvləri bölgəyə daxil olsa, silahlı şəxslər özlərini həmin bölgənin əsas sakinləri kimi təqdim edə bilsinlər və beləliklə, bu bölgənin reallığını və kimliyini silsinlər.
Suriya İnsan Haqları Müşahidə Təşkilatının hesabatına görə, Ərzedə baş verənlər, beynəlxalq müdaxilənin olmaması və bu bölgələrə dair müstəqil hüquqi nəzarətin çatışmazlığı nəticəsində, Suriyanın bəzi bölgələrində etnik azlıqlara qarşı hücumların davam etdiyini göstərir.