Rusiya mediyalarından biri dünən səhər saatlarında ABŞ hərbiçiləri tərəfindən Suriyanın neft və buğdasının oğurlanma anını göstərən şəkillər dərc etməklə bildirib ki, ABŞ, Suriya neftini və buğdasını daşıyan 60 yük maşınını İraq Kürdüstanı məntəqəsinə göndərib.
Həsəkə (Suriyanın şimal-şərqi) vilayətinin yerli mənbələrinə istinadən bildirilib ki, ABŞ qüvvələri cümə axşamı günü Suriya neftini və buğdasını daşıyan 60 yük maşınını oğurlayaraq İraqın şimalında yerləşən bazalarına göndəriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, Suriyanın oğurlanmış neftini daşıyan 36 yük maşınından ibarət karvan “Əl-Vəlid” sərhəd keçid məntəqəsindən İraqın şimalına göndərilib. Həmçinin, ABŞ hərbi maşınları ilə müşayiət olunan 24 yük maşınından ibarət digər bir karvan, Suriya buğdasını Həsəkə vilayətindən və qeyri-qanuni Əl-Vəlid keçid məntəqəsi vasitəsilə İraqa aparıblar.

Suriya Neft Nazirliyi bundan əvvəl bir bəyanatda bildirmişdir ki, ABŞ qüvvələri və onların muzdurları Suriyanın şərqindəki işğal olunmuş bölgələrdən təxminən 66 min barel nefti günün günorta çağı oğurlayıblar.
ABŞ hərbiçiləri Suriya neftini oğurladıqdan və İraqa apardıqdan sonra bu ölkənin neftini İraqın Kürdüstan bölgəsində qara bazarda satır. Onun bir hissəsini isə özləri işlətmək üçün bazalarına göndərirlər.