Xarici KİV-in verdiyi məlumata görə, Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, ABŞ Suriyada öz nəzarəti altında olan terrorist qruplardan istifadə etməklə ölkənin qanuni dövlətinin mövqelərini zəiflətmək üçün səylərini davam etdirir.
Verilən məlumata əsasən, Amerika Birləşmiş Ştatları pulemyot və ağır raketlərlə təchiz olunmuş yük maşınalarını Suriyadakı terrorçulara ötürmək fikrindədir.
Rusiyaya məxsus bu qrum həmçinin, ABŞ-ın terrorçularla, o cümlədən İŞİD-lə yaxınlığını, dövlət terrorizminin göstəricisi olduğunu bəyan edərək bildirib ki, Vaşinqtonun Suriyada terrorçulardan ibarət briqadalar yatarmaqla ölkənin mərkəzində, cənub-qərbində və Furatın şərqində qarşıdurmaları hərəkətə gətirmək fikri var.
Bu xəbərdarlığa əsasən, ABŞ Suriyanın Hüms şəhərindəki Ət-Tənf hərbi bazasından İŞİD-in təxribat əməliyyatlarını koordinasiya edir. ABŞ-ın Suriyadakı terrorçulardan İran və Rusiya hərbiçilərini oğurlamaq üçün istifadə etmək fikri var.
Son günlər amerikalı hərbiçilərin Suriyadan çıxarılması layihəsini təqdim edən Florida ştatının Respublikaçı nümayəndəsi Mett Qeyts, bildirib ki, Suriya prezidenti Bəşşar Əsədlə mübarizə aparmaq üçün Vaşinqtonun maliyyə yardımı göstərdiyi üsyançılar, İŞİD-in bayrağını qaldırırdılar.
ABŞ Nümayəndələr Palatasının üzvləri ölkə hakimiyyətini amerikalı hərbiçilərin 180 gün ərzində Suriyadan çıxarılmasının vacibliyini çatdıran təklif edilmiş qətnaməni rədd ediblər. Rədd ediblər ki, yenə də Suriyanın şimal və şərqində işğalçılığa, həmçinin, bu ölkənin neftini və təbii resurslarını oğurlamağa davam etsinlər.
Bu layihə, bundan əvvəl Suriya Xarici İşlər Nazirliyinin, ABŞ Ordusunun Birləşmiş Qərargah rəisinin Suriyanın şimal-şərqinə qeyri-qanuni səfərini pisləyərək ABŞ-ın təcili surətdə beynəlxalq hüquqların hədəfli və aşkar pozuntusundan əl çəkməsini vurğuladığı bir vaxtda rədd edilib.