Suriyanın şimal-şərqində yerləşən “Əl-Həsəkə” şəhərindəki yerli mənbələr bazar günü bildiriblər ki, ABŞ ordusuna məxsus helikopterlər bir sıra İŞİD üzvünü “Əs-Sənaiye” həbsxanasından şəhərin cənubundakı ABŞ-ın hərbi bazasına köçürüblər.
Xarici KİV-in verdiyi məlumata görə, bu terrorçuların ABŞ-ın hərbi bazalarına köçürülməsi, onların Suriyanın cənub-şərqində yerləşən “Ət-Tənf” ABŞ bazası ətrafına köçürülməsi üçün bir müqəddimədir; elə bir baza ki, Suriyanın İordaniya və İraqla sərhəd üçbucağında yerləşir, onun ətrafı müxtəlif terror qruplaşmalarının qərargahıdır.
Şahidlər hadisənin izahında bildiriblər ki, ABŞ ordusuna məxsus helikopterlər kürd milislərinin nəzarət etdiyi “SDF”adı ilə tanınan Əs-Sənaiye zindanının həyətinə eniblər. Sonra terrorçulardan bir neçəsi helikopterlərə minib. Helikopterlər ABŞ-ın Əş-Şədadi bölgəsindəki hərbi bazalarına və Əl-Ömər neft quyusuna tərəf uçublar.
Verilən məlumata əsasən, ABŞ işğalçıları Suriyada ötən illər ərzində “Ğəviran” zindanından və düşərgələrdən çox sayda terrorçunu qanunsuz olan Ət-Tənf bazasına köçürüblər. Onlara orada təlim verirlər və bundan sonra onlar muzdur kimi baza ətrafındakı bölgələrdə yaxud çöllük ərazilərdə hərbi qüvvələrə ya da adi insanlara hücum edirlər. İŞİD terrorçuları Fevralın 17-i və Mart ayının 3-ü göbələk yığımı ilə məşğul olan kəndlilərə hücum edərək 53 nəfəri öldürüblər.