Məlumatlı bir mənbə bəzi sionist mənbələrinin iranlı əsgər yaxud rəsmi şəxsin İsrail rejimi tərəfindən əsir götürülməsi ilə bağlı iddiasının açıq-aşkar yalan olduğunu bildirib.
Bəzi İsrail mediaları bir neçə gün öncə sionist rejiminin Suriyanın Misyaf məntəqəsinə hücumu zamanı paraşütçülər vasitəsi ilə iranlı iki rəsmi şəxs də daxil olmaqla, bir qrup əsgəri əsir götürdüyünü iddia ediblər.
Bu iddianın ardınca, məlumatlı bir mənbə verdiyi açıqlamada bu iddiaların açıq-aşkar yalan olduğunu bildirib.
O, əlavə olaraq bildirib: Ümumiyyətlə, İranın Suriyadakı qüvvələrinin heç biri iddia olunan yerdə (Misyaf) olmayıb. Əksinə həmin yer Suriya ordusunun olduğu yer olub. Buna görə də, İran qüvvələrinin zərər çəkməsi yaxud əsir götürülməsi tamamilə yalandır.