Suriyaya hakim üsyançılar sionist qırıcılarının Suriya torpaqlarındakı onlarla hərbi baza və mövqeyə geniş hücumlar həyata keçirməyinə baxmayaraq, indiyə qədər bu təcavüzlərə heç bir reaksiya verməyiblər.
Xarici KİV-in verdiyi məlumata görə, “Suriya İnsan Haqları İzləmə Təşkilatı” (çərşənbə axşamı) səhər hesabat verərək bildirib ki, Bəşşar Əsədin (bazar günü) devrilməsindən sonra İsrail təxminən 310 dəfə Suriya torpağına havadan hücum edib.
Məlumata əsasən, bu hücumlarda Müdafiə Nazirliyinin Hələbdəki emalatxanalarının çoxu, Dəməşq ətrafındakı silah və sursat anbarları və onlarla digər məntəqə hədəfə alınıb.
Suriyanın yerli mənbələrində yayılan görüntülər Suriyanın qırıcı təyyarələrinin və helikopterlərinin çoxunun məhv edildiyini göstərir.
Verilən məlumata görə, İsrail tankları Suriyada Dəməşqlə təxminən 20 km fasiləsi olan yerlərə qədər irəliləyiblər.




Yəmən Xarici İşlər Nazirliyi sionist rejimin Suriyadakı xaotik vəziyyətdən sui-istifadəsinə reaksiya verərək, verdiyi bəyanatda bildirib: “Suriyanın, İsrailin hücumlarına cavab vermək haqqı var.”
Lakin “Rəd əl-Üdvan” kimi tanınan suriyalı üsyançıların əməliyyat otağı bu bəyanat yayılana qədər İsrail rejimin hücumlarına heç bir reaksiya verməyib.