Media mənbələri silahlı şəxslərin Suiryanın mərkəzinə olan hücumunda 10 nəfər şiənin şəhid edilməsi barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Suriya İnsan Haqlarına Nəzarət adlı media mərkəzindən bildirilib: Silahlı insanlar Suriyanın mərkəzində yerləşən Həma şəhərinin şimal ətraflarındakı Ərzəh kəndindəki şiələrə hücum edib və sakinlərə tərəf atəş açıblar.
Bu məlumata əsasən, silahlı şəxslər cinayət törədərək azı 10 şiəni şəhid ediblər.
Suriya İnsan Haqlarına Nəzarət Mərkəzi açıqlamasının davamında bildirib ki, cari ilin əvvəlindən indiyə qədər müxtəlif vilayətlərdə 105 intiqam xarakterli əməliyyatlar yerinə yetirilib və bu da 228 nəfərin həyatını itirməsinə səbəb olub.
Xəbər mənbələri Yanvarın 24-də də məlumat verərək Əbu Məhəmməd əl-Colaniyə bağlı silahlı şəxslərin hücumu nəticəsində Suriyanın Hüms vilayətində 10 şiə vətəndaşın şəhid olduğunu bildirmişdilər.
Əl-Colaniyə bağlı silahlı ünsürlər bir neçə həftə öncə Əsəd hökumət qüvvələri ilə mübarizə və axtarışda olanların həbsi bəhanəsi ilə müxtəlif vilayətlərdə, o cümlədən Hüms və Həmada şiələr yaşayan bölgələrə qarşı geniş hücumlara başlayıblar.