Suriya İnsan Haqları Komitəsi ölkənin sahil bölgəsində 25 qətliamın qeydə alındığını və bu qətliamlar nəticəsində Colani tərəfdarı olan qruplar tərəfindən 2246 suriyalının öldürüldüyünü açıqlayıb.
Xarici KİV-in bazar ertəsi verdiyi məlumata görə, Suriya İnsan Haqları Komitəsi Suriyanın sahil bölgəsində 25 qətliamın qeydə alındığını və bu hadisələrlə bağlı 811 videonun sənədləşdirildiyini açıqlayıb.
Hesabatda bildirilib ki, əksəriyyəti gənclərdən ibarət olan 2246 qurbanın adı təsdiqlənib.
Son günlərdə Suriyanın sahil bölgələrində yeni hökumətə rəhbərlik edən Colani qüvvələri ilə onun siyasətinə qarşı çıxan müxaliflər arasında gərginlik və qanlı toqquşmalar artıb.
Yeni Suriya hökumətinin siyasətləri Ələvilərin geniş narazılığına səbəb olub və bunun nəticəsində Qərdaha, Cəbələ, Laziqiyyə, Tartus, Homs və Məsiyaf şəhərlərində etiraz aksiyaları başlayıb.
Dinc etirazlara cavab olaraq, Colaniyə bağlı hərbi qüvvələr etirazçılara birbaşa atəş açıblar.
Toqquşmalar sürətlə Suriyanın sahil bölgələrinə yayılıb və Laziqiyyə vilayəti ilə əl-Həfə, əl-Muxtariyyə və əş-Şir qəsəbələrində şiddətli döyüşlər baş verib. Nəticədə isə onlarla insan həyatını itirib.