Suriya İnsan Haqları Müşahidə Qrupu druzilərin Suveyda əyalətində baş verən qarşıdurmalar zamanı Dəməşqi idarə edən üsyançı hökumətin ünsürləri tərəfindən qadın və uşaqlar da daxil olmaqla, 250 nəfərin qısa müddətdə meydanda edam edildiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Suriya İnsan Haqları Müşahidə Təşkilatı şənbə günü bildirib ki, İyulun 13-ü səhər saatlarından etibarən Cənubi Süveyda vilayətində baş verən toqquşmalar, meydan edamları və İsrailin hava hücumları nəticəsində ümumilikdə 1 420 nəfər həyatını itirib.
Müşahidə təşkilatının məlumatına görə, ölənlərdən 678 nəfəri Süveyda əhalisindən olub, bunların arasında 145 mülki şəxs, 21 uşaq və 56 qadın da var.
Bəyanatda həmçinin qeyd olunub ki, 469 nəfər Suriya üsyançı hökumətinə bağlı Müdafiə Nazirliyi və İctimai Təhlükəsizlik İdarəsinin üzvləri, o cümlədən 40 nəfər Bədəvi tayfalarına mənsub döyüşçü, bu qarşıdurmalarda öldürülüb.