Əbu Məhəmməd Colaninin başçılıq etdiyi üsyançılar Suriyanın ələvi əhalisinin yaşadığı bölgələrdə mülki şəxslərə qarşı zorakılıq hərəkətlərini davam etdirirlər.
Suriya İnsan Haqları Müşahidə Təşkilatı son hesabatında ələvi bölgələrində aparılan meydan edamları ilə bağlı yeni xəbərlər yayıb.
Bəşər Əsəd hökumətinin süqutundan üç aydan çox vaxt keçməsinə və Dəməşqə nəzarət edən üsyançıların dəfələrlə günahkarları cəzalandıracaqlarını iddia etmələrinə baxmayaraq, edamlar hələ də davam edir.
Beynəlxalq İnsan Haqları Müşahidə Təşkilatının sənədlərinə əsasən, son günlərdə bu üsyançılar tərəfindən bir neçə meydan edamı qeydə alınıb. Son 24 saat ərzində bütün mülki vətəndaş olan 14 ələvi üsyançılar tərəfindən öldürülüb.
İnsan Haqları Müşahidə Təşkilatı bu qətliamın icraçıları olaraq üsyançı hökumətin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi qüvvələrini göstərib.
Bu hesabatda bildirildiyinə görə, Laziqiyyə ətrafında Qubo əl-Avamiya kəndində bir mülki vətəndaş güllələnərək edam edilib. Laziqiyyə ətrafında Sənubər kəndində isə eyni şəkildə dörd mülki vətəndaş öldürülüb.
Suriya İnsan Haqları Müşahidə Təşkilatı, Laziqiyyə ətrafında Həmimim kəndində daha bir mülki şəxsin edam edildiyini bildirib. Həmçinin Hama ətrafında əl-Ərzə kəndində üç nəfər meydan edamına məruz qalıb.
Tartus ətrafında Baniyas şəhərində isə bu üsyançılar tərəfindən beş mülki vətəndaş daha edam edilib.
Meydan edamları ilə yanaşı, Suriyada bir çox ələvi oğurlanması faktları da qeydə alınıb. Bununla əlaqədar olaraq, Suriyanın yerli mənbələri ötən bazar günü axşam saatlarında Suriyanın sahilyanı ərazilərində, həmçinin Homs və Həma əyalətlərində 100-dən çox ələvinin 48 saatdan az müddətdə oğurlandığını bildiriblər.
Bu mənbələrə görə, ələvi əyalətlərinin hər birində gündə orta hesabla 20 ələvi vətəndaşı qaçırılır.