ABŞ şirkəti “Starlink” ilk Orta Şərq ölkəsi olaraq Yəmənə peyk internetinin daxil olması barədə məlumat verib. Bu şirkət hazırda Donald Trampın yaxın dostu sayılan və sionist təşkilatları ilə sıx əlaqələri olan İlon Maska məxsusdur.
Bu şirkət yalnız 40 ölkədə fəaliyyət göstərir və indi texnologiya dünyasının nailiyyətlərinə susamış bir neçə zəngin ölkədən keçərək yoxsul Yəməni əhatə edib. Belə sual yaranır: Nəyə görə Yəmən və nəyə görə belə bir zamanda?
Starlink, peyk internetini təmin etmək üçün SpaceX şirkəti tərəfindən hazırlanmış peyk sistemidir.
5 məlumatlı mənbə 2024-cü ilin Mart ayının 17-də beynəlxalq Britaniya xəbər agentliklərindən birinə bildiriblər: SpaceX şirkəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə gizli razılaşma çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə yaradıb. Bu razılaşma CIA ilə İlon Mask arasındakı əlaqələrin və əməkdaşlığın dərinliyini sübut edir.
Bu tədbirlər SpaceX şirkətinin ABŞ-ın kəşfiyyat və hərbi planlarındakı iştirak həcmini və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) quru hücumlarının dəstəklənməsi üçün yerin aşağı orbitindəki peyk sistemlərinə yatırdığı investisiyasının həcmini ortaya qoyur.
Yəməndə təhlükəsizlik və hərbi cəhbə birləşdirildiyindən düşmən oraya nüfuz edə bilməmişdir. Buna görə də, Yəmən, xüsusilə sionist rejiminin bütün havadan müdafiə sistemlərini yarıb keçərək Tel-Əviv yaxınlığındakı Yafa şəhərinə yetişən səsdən sürətli raketdən (sueprsonik) istifadə etdikdən sonra düşmən üçün ən mühüm və keçilməz cəbhələrdən biri sayılır.
Bu gün Yəmən cəbhəsi ABŞ-ın ən böyük narahatlıqlarındandır. Bunun üçün də, amerikalılar Starlink sistemini Yəmənə daxil ediblər. Çünki onların fikrincə, bu bölgə casus şəbəkələrinin süqutundan sonra qaranlıq bir yerə çevrilib.
Müşahidəçilər indi bu sualları verirlər: ABŞ səfirliyinin Starlink-in Yəmən ərazisinə daxil edilməsini dəstəkləməsinin səbəbi nədir? İlon Mask Netanyahunun səmimi dostudur. Əgər belə deyilsə, bəs nəyə görə o, Netanyahunun ABŞ Konqresinin üzvləri ilə görüşündə iştirak edib? Konqresin üzvlərinin İlon Maskın şirkətlərinin istehsal xəttlərinə sonuncu baxışının səbəbi nədir?
Yəmənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilk rəsmi reaksiyasında bildirib: Bu xarici şirkətin ölkənin hər bir yerində internet xidmətləri təqdim etməsi Yəmənin milli təhlükəsizliyinə birbaşa təhdiddir.