İraq Milli Təhlkəsizlik Servisi terror təşkilatı olan İŞİD 2014-cü ilin iyununda ələ keçirdiyi Tikrit şəhərindəki “Spyker” Hərbi Bazasında törədilmiş qırğında cinayətkarlardan birinin etiraflarını yayımlayıb.
Fars İnformasiya Agentliyi Beynəlxalq şöbəsinin məlumatına əsasən, İraq Milli Təhlkəsizlik Servisi bazar günü (24 iyul) terror təşkilatı olan İŞİD 2014-cü ilin iyununda ələ keçirdiyi Tikrit şəhərindəki “Spyker” Hərbi Bazasında qandonduran cinayətlərdə əli olan bir nəfərin bəzi etiraflarını media vasitəsilə yayımlayıb.
“Spyker” düşərgəsi (Macid əl-Təmimi) Səlahəddin vilayətində yerləşən Tikrit şəhəri yaxınlığındadır və terrorçu İŞİD təşkilatı 2014-cü il iyun ayının 14-də Tikritə amansızcasına hücumda işğal etdikdən sonra hava qoşunlarına aid olan bu düşərgədə hərbi təhsil alan 2 mindən çox tələbəni qətliam edib kütləvi qəbristanlıqda basdırmışdı.
İraq Ağır Cinayətlər Məhkəməsi 2017-ci ildə “Spyker” qırğını amillərindən 27 nəfəri üçün edam hökmü vermiş və daha 25 nəfərini isə ittihamlarının sübuta yetməməsi səbəbi ilə azadlığa buraxmışdı. İraqın şəhidlər və terror cinayətləri qurbanları hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən “əl-Şühəda” müəssisəsinin baş direktoru Tariq əl-Məndlavi ötən il bu qətliamdan sonra Tikritdə 17 kütləvi məzarlıqdan 1200 nəfərin cəsədinin tapılmasından xəbər vermişdi.
İraq Milli Təhlükəsizlik Servisi bu günlərdə “Spyker”qırğınında əli cinayətə bulaşmış daha bir nəfərin etirafını nəşr etməklə yenidən bu qətliam məsələsini gündəmə gətirib. Belə ki, yayımlanmış videoçarxa əsasən Səlahəddin vilayəti əl-Səyniyyə məntəqə sakini olan bir nəfər istintaq zamanı “Spayker”də təhsil alan 120 tələbə və kursantı qətlə yetirdiyini etiraf etdiyi müşahidə edilir.
Bu cani həmçinin etirafının davamında detallı olaraq qeyd edir ki, şəxsən özü hərbi geyimli 150 tələbəni 3 dəfə “Spyker”dən Prezident Aparatına aparıb və onlardan 120-ni qətlə yetirib.
O, həmçinin sözlərinin davamında deyir ki, o məhz elə “Həşd-Şəəbi” və digər hərbçilərin qətli sahəsində məharət kəsb etdiyi üçün bu əməliyyatdan sonra İŞİD-ın bir şaxəsi olan terror qruplaşmasına üzv olaraq əl-Səyniyyə məntəqəsindəki bazarda Həşd-Şəəbiçilərin başlarının kəsilməsində iştirak edib.
2014-cü il iyunun 12-15-də “Spyker” hərbi düşərgəsində baş vermiş qırğın İŞİD-ın İraqda ən amansız əməliyyatlarından biri kimi bu ölkə vətəndaşlarının yaddaşından silinməsi imkansızdır. Bu qırğında “Spyker” universitetinin bəzi tələbəsi qaçaraq canlarını qurtara bilmişdi. Amma onlardan 1700 nəfəri saxlanılaraq İŞİD qüvvələrinin gülləsinə tuş gələrək edam olunduqdan sonra kütləvi məzarlığa gömülmüşdülər. Əlbəttə onlardan bəzilərinin cəsədi hələ də tapılmayıb.