İşğalçı sionist rejimi Trampın göstərişindən sonra ABŞ-ın 1800 ədəd “Mark 84” ağır bombasına şamil olan bomba yükünü əldə edib.
Verilən məlumata görə, bu yük ABŞ-ın Nəqliyyat Təşkilatı, işğalçı İsrail ordusu və beynəlxalq gəmiçiliyin əməkdaşlığı ilə Aşdod dəniz limanına çatıb, oradan da sionist rejimin hərbi bazalarına göndərilib.
Sionist rejimin Müharibə Nazirliyi Donald Trampın “İsrail”ə göndərilməsinə qərar verdiyi 1800 ədəd MK84 bombasını əldə etdiyini açıqlayıb.
Məlumatlar göstərir ki, sionist rejimi Amerikadan 76 mindən çox hərbi texnikadan ibarət yüklər alıb, hansı ki, onların dağıtma gücü 5 nüvə bombasına bərabərdir.
Xatırlatmaq lazımdır ki, Co Baydenin dövründə yüksək dağıdıcı gücü və coğrafi şəraitə təsir qoyması narahatlığına görə 2000 və 500 funtluq bombaların sionist rejiminə verilməsi təxirə salınmışdı. Amma Trampın dövründə bu silah yüklərinin sionist rejiminə verilməsinə başlanılıb.