İsrail rejiminin hərbi qüvvələri Qəzzəyə yardım üçün gələn fələstinliləri silahsız və heç bir təhlükə törətmədikləri halda atəşə tutduqlarını açıqlayıb.
İbrani qəzeti İsrail rejiminin hərbiçilərinə istinadən yazıb: İsrail ordusu Qəzzə zolağında yardım paylama mərkəzlərinin yaxınlığında fələstinlilərə qəsdən atəş açıb.
İsrail hərbiçiləri bildiriblər: Hərbi komandirlər yardım almaq istəyən fələstinliləri atəşə tutmaq üçün birbaşa əmr veriblər. Atışma əmri ordu komandirləri tərəfindən fələstinliləri yardım paylama mərkəzlərindən uzaq tutmaq üçün verilib.
Onlar, həmçinin deyiblər: Fələstinlilərə atəş onların silahsız olduğu vaxt olub və heç kimə təhlükə yaratmayıb. Qəzzədə paylama mərkəzləri ölüm meydanına çevrilib və atışmalar hücum edən qrupa qarşı güc tətbiqini xatırladır.
İsrail qəzeti xəbər verib ki, sionist ordusu dinc əhaliyə qarşı ağla gələn hər cür silahdan, o cümlədən ağır pulemyotlardan istifadə edib.
Qəzet, həmçinin yazıb: Yardım paylama əməliyyatları zamanı qarşı tərəfdən heç bir atəşin şahidi olmadıq.
Qəzet yazıb ki, hərbçilər yardım paylama mərkəzləri vasitəsilə müharibəni davam etdirmək üçün legitimlik qazandıqlarına inanır və bundan xoşbəxtdirlər.
Qəzet iddia edib ki, Qəzzə artıq heç kim üçün əhəmiyyət kəsb etmir və öz qaydaları olan bir yerə çevrilib. Hətta qırğınlar da artıq “xoşagəlməz hadisələr” kimi bildirilməsini tələb etmir.