Qəzzədəki dövlət informasiya ofisi sionist rejimi ordusunun yalanlar yaymaq, aldatma, xəstəxanaları dağıtmaq və xəstələri qətliam etmək üçün zəmin yaratmaqdan ötrü ictimaiyyətin fikrini təhrik etmək istiqamətindəki hərəkətlərini ifşa edib.
Qəzzədəki dövlət informasiya ofisi ötən gecə (bazar ertəsi günü) öz Teleqram kanalında bəyanat yayaraq bildirib: “Sionist rejimi ordusunun sözçüsü başdan-başa yalan, paradoks, qeyri-peşəkar və məntiqsiz olan bir mətbuat konfransında xəstəxanalara qarşı cinayətlərini davam etdirmək üçün ictimaiyyəti aldatmaq və təhrik etmək üçün saxta videolar nümayiş etdirib”.
Bu bəyanatda deyilir: “Bundan əvvəl də bu rejimin mühəndislik planları ilə müqavimət qüvvələrinin tunellərini kəşf etməsi barədəki yalanları və bu barədə saxta fotolar yayması ifşa olunub və aydın olub ki, bu fotolarda görünən yarıqlar və kiçik qapılar xəstəxanaların su və yanacaq ehtiyatı üçün nəzərdə tutulan tankerlərdir”.
Bu bəyanatda bildirilib ki, bu addımlar bu rejimin Əl-Məmədani, Əş-Şifa, İndoneziya, Əl-Rantisi xətəxanalarına qarşı və Ümumi Xidmətlər və Qüds, Türkiyə xəstəxanası və digər xəstəxanalara qarşı törədərək ardınca şəhid olmuş və yaralanmış yüzlərlə mülki şəxs, uşaq, qadın buraxan cinayətlərə haqq qazandırmaq üçün uğursuz və nəticəsiz səyləridir. Bu addımlar xəstələrin, yaralıların, tibb işçilərinin qətliam olunması, qaçqınlara sarı atəş açmaq və təcili yardım maşınlarına hücum etmək üçün nəticəsiz olan səylərdir.
Qəzzədəki dövlət informasiya ofisi bu bəyanatda sionist rejiminin xəstəxanalara, müalicə mərkəzlərinə qarşı göstərilən hər bir axmaqlıq qarşısında məsuliyyət daşıdığını bildirib. Həmçinin bildirib ki, bu rejim on minlərlə tibb işçisi, xəstələr və bu xəstəxanalara sığınan qaçqınların sağlamlıqlarına qarşı məsuliyyət daşıyır.