Dünya mediası sionist rəsmilərinin Qəzzənin Nablusi meydanında qida yardımları almaq üçün sıraya düzülən yüzlərlə fələstinlinin şəhid olması və yaralanması barəsindəki hekayəsinə tərəddüdlə yanaşıb.
Xarici KİV-in verdiyi məlumata əsasən, bu hadisədən sağ çıxanlar deyiblər ki, yardım almaq üçün Qəzzənin şimalında yerləşən bu meydana toplaşmışdıqları zaman İsrail qüvvələri onlara tərəf atəş açıblar. Bu da, yüzlərlə fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnib. Amma düşmən onların cəmiyyətin sıxlığından ayaq altda qalaraq həyatlarını itirdiklərini iddia edib.
Eyni zamanda ABŞ qəzetlərindən biri yazıb: Havadan atəş açılan zaman insanlar ayaq altda qalmaq əvəzinə dağışırlar. Yayımlanan görüntülərdə insanların yardım almaq üçün sırada gözlədikləri və cəmiyyət sıxlığının olmadığı görünür. Amma bir neçə dəqiqədən sonra yerdə yüzlərlə cənazə görünür və bu da onların yarım mil məsafədən İsrail tankları tərəfindən hədəfə alındıqlarını göstərir.
Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı da bildirib ki, hücum İsrail tankları tərəfindən həyata keçirilib. Görüntülər bu məntəqədə iki tankın olduğunu göstərir və insanlar yük maşınlarının əks istiqamətində qaçırlar.
Ötən həftənin cümə axşamı günü (29 Fevral) Qəzzənin şimalında yardım karvanının ətrafında qida yardımları almaq üçün sırada gözləyən onlarla fələstinli sionist rejiminin hərbiçiləri tərəfindən hədəfə alınaraq qətlə yetirilib.
HƏMAS sionist hərbiçilərinin fələstinlilərə tərəf atəş açdıqlarını bildirib. Qəzzənin səhiyyə rəsmiləri bildirblər ki, bu hücumda azı 104 fələstinli şəhid olub və çox sayda insan isə yaralanıb.