Məşhur Amerika TV kanallarından biri bu ölkənin casusluq təşkilatının yeni araşdırmalarına əsasən, sionist rejiminin Qəzzəyə atdığı bombların yarısının “şüursuz bombalar” kimi tanınan idarə olunmayan bombalar olduğunu açıqlayıb.
Bu hesabata əsasən, ABŞ Casusluq Təşkilatının rəhbərinin ofisi tərəfindən baş tutan bu araşdırmalar göstərir ki, İsrail rejiminin Qəzzəyə qarşı hücumlarda işlətdiyi bombaların təxminən 40-45%-i (təxminən 29 min bomba) idarə olunmyan bombalar olub.
İdarə olunmayan bombaların minimum dəqiqliyə sahib olması və xüsusən də, Qəzzə kimi sıx cəmiyyətli bölgələrdə dinc əhalinin həyatı üçün ən böyük təhdid sayıldığı aydın bir məsələdir. Sionist rejiminin bu qədər idarə olunmayan bombalardan istifadə etməsi həyatını itirən dinc insanların sayının artmasına səbəb olub.
Sionist rejiminin ordusunun sözçüsü “Nir Dinar” bu araçdırmalar barəsində verilən suala cavab olarq həmin TV kanala deyib: “İstifadə olunan bomba növləri ilə heç bir əlaqəmiz yoxdur.”
Mütəxəssislər də bu kanala deyiblər ki, əgər-bu araşdırmalara əsasən-“İsrail” idarə olunmayan bombalardan istifadə etmiş olsa, adi vətəndaşlar arasında zərəri minimuma endirmək üçün səy göstərdiyi barədə olan iddiasını pozub.
Partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə keçmiş zabit və Beynəlxalq Əfv Təşkilatında baş böhran məsləhətçisi Brayan Kostner hərbi əməliyyatların silahları haqqında deyib: “Mən çox təəccüb edirəm və narahatam. Öz hədəflərini dəqiq vurduqları zaman silahlardan istifadə kifayət qədər pisdir.”
Fələstin Səhiyyə Nazirliyi (çərşənbə günü) bildirmişdi ki, sionist rejimi hərbiçiləri bir neçə saat ərzində Qəzzənin müxtəlif bölgələrində 16 faciəli cinayət və təşkilatlanmış kütləvi qətliam törədiblər. Bu da, həyatlarını itirənlərin bir çoxunun dağıntılar altında yaxud yolda və küçədə qalması ilə yanaşı adi vətəndaşlardan 196 nəfərin şəhid olması və 499 nəfərin isə yaralanması ilə nəticələnib.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Dr. Əşrəf əl-Qədrə Səhiyyə Nazirliyinin mətbuat konfransında deyib ki, Oktyabrın 7-dən indiyə qədər sionist rejiminin hücumlarında həyatlarını itirənlərin statistikası 18608 nəfər şəhid və 50594 yaralıdır.