Efiopiya mənşəli israilli bir yazıçı, sionist rejimi daxilində yəhudilərə qarşı irqçi hərəkətlərin artması və 2023-cü ildə Netanyahunun radikal sağçı kabinetinin iş başına gəlməsi ilə bu hərəkətlərin şiddətlənməsi barədə xəbər verib.
“Eina Elfa” adlı israilli müəllim və yazıçı, bir məqalədə yazıb: Ötən həftə Hamer məktəbinin şagirdləri əyləncəli səyahət təşkil ediblər. Şagirdlər uzun müddətdir belə bir səyahətin arzusunda idilər. Amma mən fikirləşmirdim ki, bu səyahət irqçi bir səfərə çevrilsin. Müəllimlər bu səfər zamanı Wactap-da “qaradərili qızların əyləncəli səyahəti” adlı qrup yaratmaqla şagirdləri məsxərə ediblər. Onlar, hətta bu hərəkətlərini aşkar etməkdən çəkinməyiblər.
O, əlavə olaraq deyib: Düzdür ki, məktəbin müdiri və Təhsil yaziri bu müəllimlərin hərəkətini pisləyiblər. Amma bu müəllimlər yenə də təhsil sistemində fəaliyyət göstərirlər və şagirdlərlə birlikdə əyləncəli səyahətlərə gedirlər.
Efiopiyalı yəhudilər “Flaşa”, sionsitlərin yalan vədələri ilə işğal altında olan torpaqlara köçən, sonradan ciddi ayrı seçkiliyə məruz qalan və üçünücü dərəcəli vətəndaş gözü ilə baxılan kasıb qruplardandır.