Sionist rejimin keçmiş müdafiə naziri Moşe Yəlun Noyabr ayının 30-da Qəzzə zolağının şimalındakı qətliamı etiraf edib.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejimin keçmiş müdafiə naziri artıq Qəzzə zolağının şimalında Beyti Lahiya yaxud Beyti Hanun adlı yerin olmadığını bildirib.
Sionist rejimin televiziya məlumatıa görə,Moşe Yəlun deyib: Biz Qəzzənin şimalında entik təmizləmə aparırıq. Ha-hazırda hərəkət etdiyimiz yol Qəzzə zolağında işğal, ilhaq və etnik təmizləmədir.
Sionist rejimin ordusu iki aya yaxındır ki, “Generallar planı” çərçivəsində Qəzzə zolağının şimalını mühasirə edib, ağır şəkildə bombalayır və bölgə sakinlərinə suyun, dərmanın və qidanın yetişməsinə mane olur.
Sionist ordusu Qəzzə zolağına qarşı 400 gündən çox təcavüz zamanı mülki əhalini və başda xəstəxanalar olmaqla mülki infrastrukturları hədəfə alır. Onlar hətta həkimləri, xilasediciləri və mülki müdafiə qüvvələrini də şəhid edirlər.